Təhsil 365 - Logo Mobile

VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub

3723.10.2026 - 17:53
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub

2026-cı il oktyabrın 22–24-də Bakı və Mingəçevir şəhərlərində “Torpaq bəndlərində kaskad qəza riskləri üzrə VIII Avrasiya Konfransı (RISK-2026) keçirilib. Müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən beynəlxalq tədbirin 23 oktyabr tarixində Mingəçevir mərhələsi Mingəçevir Dövlət Universitetində panel müzakirələri və elmi bölmə iclasları ilə davam edib.

“Tehsil365” xəbər verir ki, konfrans Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə təşkil olunub.

16 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi, 110 elmi tədqiqat işinin təqdim olunduğu konfrans su ehtiyatlarının dayanıqlı idarə edilməsi, hidrotexniki qurğuların təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı ekoloji və sosial-iqtisadi risklərin qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması istiqamətində elmi yanaşmaların və innovativ texnoloji həllərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayıb. Tədbir müxtəlif ölkələrin elmi potensialının bir araya gətirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və regional problemlərin həllinə yönəlmiş birgə tədqiqat təşəbbüslərinin təşviqinə xidmət edib.

Konfrans çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov və Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxış ediblər. Çıxışlarda konfransın elmi əhəmiyyəti, su və enerji infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, iqlim dəyişiklikləri fonunda risklərin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində “Mingəçevirdə su təhlükəsizliyinin gələcəyi” mövzusunda panel müzakirəsi də keçirilib. İlk olaraq Mingəçevir Dövlət Universitetin bu paneldə rektor Anar Eminov, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov spiker qismində iştirak ediblər. Müzakirələr zamanı Mingəçevirin su təhlükəsizliyi perspektivləri, su ehtiyatlarının səmərəli idarə olunması, hidrotexniki qurğuların etibarlılığı və ekoloji risklərin azaldılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.Konfransın elmi proqramı çərçivəsində keçirilən bölmə iclaslarında müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçıların məruzələri dinlənilib.

Bəndlərin etibarlılığı və kaskad qəza risklərinin modelləşdirilməsi, Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi əsasında erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastrukturun inkişafı kimi aktual istiqamətlər üzrə tədqiqatlar təqdim olunub.

Elmi təqdimatların ardınca aparılan müzakirələrdə tədqiqat nəticələrinin praktik tətbiqi, risklərin idarə edilməsində müasir texnologiyaların imkanları və müxtəlif sahələr arasında əməkdaşlığın əhəmiyyəti önə çəkilib.Beynəlxalq konfransın Mingəçevirdə keçirilməsi şəhərin su və enerji infrastrukturu ilə bağlı aktual məsələlərin, eləcə də elmi-tədqiqat potensialının beynəlxalq müzakirələr müstəvisində təqdim olunmasına imkan yaradıb.

Universitet, elmi-tədqiqat müəssisələri və sənaye nümayəndələrini bir araya gətirən tədbir elmi biliklərin real sektorun ehtiyacları ilə əlaqələndirilməsi və regional problemlərə elmi əsaslı həll yollarının axtarılması baxımından əməkdaşlıq imkanlarını gücləndirib.Konfransın mühüm nailiyyətlərindən biri kimi qeyd olunmalıdır ki, ekspert qiymətləndirməsindən uğurla keçən 30 seçilmiş məqalənin 'Scopus' bazasında indekslənməsi nəzərdə tutulur

Ayətil Quliyeva

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03