Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb

2923.10.2026 - 17:41
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb

“Qarabağ Universitetində “Holberton School Azerbaijan” ilə birgə həyata keçirilən tədris proqramını başa vuran tələbələrin layihə təqdimatları və məzuniyyət mərasimi keçirilib”.

"Tehsil365" xəbər verir ki, proqram çərçivəsində universitetin 50 tələbəsi kompüter elmləri, tam proqram təminatının hazırlanması və Python proqramlaşdırma dili istiqamətləri üzrə bilik və bacarıqlarını tətbiq edərək 13 layihə hazırlayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə iştirak edən qonaqları salamlayaraq tələbələrin əldə etdikləri nəticələrin əhəmiyyətini vurğulayıb. Rektor 50 tələbənin beş ay ərzində qazandıqları bilik və bacarıqları 13 layihə vasitəsilə nümayiş etdirməsinin proqramın praktiki nəticələrini əks etdirdiyini bildirib. Ş.Bayramov layihələrin universitetdə və daha geniş müstəvidə tətbiqinə dəstək göstəriləcəyini, tələbələrin innovativ ideyalarının inkişafı və praktiki nəticəyə çevrilməsi üçün müvafiq imkanların dəyərləndiriləcəyini qeyd edib.

Elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov elmi-texnoloji inkişafın təhsil qarşısında yaratdığı yeni imkanlardan və innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. O, layihəyönümlü öyrənmənin tələbələrin analitik düşünmə, problem həll etmə və əldə etdikləri bilikləri praktikada tətbiqetmə bacarıqlarının inkişafındakı rolunu vurğulayıb.

“Holberton School Azerbaijan”ın baş icraçı direktoru Şəmsi Bayramzadə layihələrin arxasında ideya ilə yanaşı, böyük zəhmətin dayandığını qeyd edib. O, tələbələrin beş ay ərzində ümumilikdə 477 saatlıq tədris proqramında iştirak etdiklərini, gündə orta hesabla üç saat çalışdıqlarını diqqətə çatdıraraq təqdim olunan layihələrin həm texniki baxımdan, həm də ideya baxımından yüksək səviyyədə hazırlandığını bildirib.

Proqramın Qarabağ Universiteti tərəfindən koordinasiyasını həyata keçirən Mükəmməllik Mərkəzinin rəhbəri Abdulxaliq Məmmədli əməkdaşlığın təşkili və tədris prosesinin əlaqələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, tələbələrin proqram çərçivəsində hazırladıqları layihələrin qazandıqları bilik və bacarıqları praktikada tətbiq etmək imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

Tədbir çərçivəsində tələbələr hazırladıqları layihələri təqdim edərək texniki biliklərini, problem həll etmə və praktiki tətbiq bacarıqlarını nümayiş etdiriblər. Həmçinin layihələrin universitet ictimaiyyətinə təqdim olunduğu sərgi təşkil edilib. İştirakçılar nümayiş etdirilən layihələrlə yaxından tanış olublar.

Layihələr anbar idarəetməsi, Qarabağda bərpa və yenidənqurma işlərinin interaktiv xəritədə vizuallaşdırılması, universitetdaxili xidmətlərin rəqəmsallaşdırılması, təhsil, dil öyrənmə, tələbə həyatı və sağlamlıq kimi müxtəlif sahələri əhatə edir. Layihələr arasında könüllülərin koordinasiyası, qan donorlarının operativ müəyyənləşdirilməsi, tələbə və məzunlar arasında əlaqələrin gücləndirilməsi, eləcə də komanda quruculuğunu dəstəkləyən rəqəmsal həllər də yer alır.

Sonda tədris proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Qarabağ Universiteti ilə “Holberton School Azerbaijan” arasında əməkdaşlıq tələbələrin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafına, praktiki təcrübə qazanmalarına və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmalarına töhfə verir. Əməkdaşlıq, həmçinin layihəyönümlü öyrənmə imkanlarının genişləndirilməsinə və innovativ tədris yanaşmalarının tətbiqinə xidmət edir.


Xədicə Hüseyn

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03