“Mingəçevir Dövlət Universitetində (MDU) su təhlükəsizliyi və torpaq bəndlərində qəza risklərinin qiymətləndirilməsi məsələləri müzakirə olunub”.
“Tehsil365” xəbər verir ki, müzakirələr VIII Avrasiya Konfransı çərçivəsində aparılıb. Oktyabrın 22–24-də keçirilən konfransda su təhlükəsizliyi, bəndlərin etibarlılığı və bu sahədə elmi tədqiqatların əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbir çərçivəsində müvafiq sahədə mövcud problemlər, risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması istiqamətində elmi yanaşmalar nəzərdən keçirilib.
Konfransın su təhlükəsizliyi sahəsində elmi əməkdaşlığın genişləndirilməsinə və aktual problemlərin müzakirəsinə töhfə verməsi nəzərdə tutulur.

