“Bakı məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi və 2026–2027-ci tədris ili üzrə fəaliyyət planının icrası ilə bağlı müzakirələr aparılıb”.
“Tehsil365” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəb direktorları ilə keçirilən görüşlərdə Keyfiyyət Fəaliyyət Planının həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Görüşlər zamanı məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, təlim nəticələrinin qiymətləndirilməsi və qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.
Müzakirələrin əsas məqsədi təhsil müəssisələrində keyfiyyət göstəricilərinin yüksəldilməsi və tədris prosesinin daha səmərəli təşkilinə dəstək verməkdir.

