Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzi tərəfindən Türk Dünyası birliyinin möhkəmləndirilməsi istiqamətində bir sıra layihələr hazırlanıb.
“Tehsil365” xəbər verir ki, Sözügedən mərkəzin müdiri Cəlal İbrahimli qeyd edib ki, hazırlanan layihələr sırasında “Türk Dünyası Birliyi”, “Kaşqarlı Mahmud Yolu və Türk Dünyası”, “Türk Dünyasında Şeir”, “Türk Dünyasında Milli Geyimlər”, “Türk Dünyası Dil Film Çevri”, “Türk Dünyası Əl Kitabı” və “Heydər Əliyev və Türk Dünyası” layihələri yer alır.

