Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Sinfə nəzarət və idarəetmə strategiyaları” mövzusunda seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, Seminarda təlimçi qismində İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Aytən Kazımova çıxış edib.
Seminar zamanı sinifdə səmərəli təlim mühitinin yaradılması, tədris prosesinin düzgün təşkili və tələbələrin fəallığının artırılması məsələləri müzakirə olunub. İştirakçılara sinifdə intizamın qorunması, vaxtın səmərəli idarə olunması və yarana biləcək problemlərin aradan qaldırılması strategiyaları haqqında ətraflı məlumat verilib.
Həmçinin müəllimlərin pedaqoji ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və fərqli öyrənmə ehtiyaclarına uyğun yanaşmaların tətbiqi vurğulanıb. Seminar çərçivəsində müasir təlim metodlarının sinfin idarə olunmasında rolu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və doktorantların sualları cavablandırılıb.

