Təhsil 365 - Logo Mobile

ADU Elmi Şurası iclas keçirdi

2123.10.2026 - 18:37
ADU Elmi Şurası iclas keçirdi

ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələlərdən danışıb.

“Tehsil365” xəbər verir ki, Daha sonra tanınmış politoloq, professor Ramiz Yunusun ADU-nun fəxri professoru adının təqdim olunması ilə bağlı səsvermə keçirilib və qərar yekdilliklə qəbul olunub.

Rektor çıxışında professor Ramiz Yunusun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu xüsusi vurğulayıb.

Səsvermədən sonra çıxış edən Ramiz Yunus göstərilən böyük etimada görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

O, həmçinin gənc nəslə analitik düşüncə, milli məsuliyyət və gələcəyə inam ötürməyin əsas prioritet olduğunu qeyd edib.

Ramiz Yunus sonda hər kəsi gələn həftə ADU-da “Subyekt olmaq” mövzusunda keçiriləcək mühazirəni dinləməyə dəvət edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Alman dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Məryəm Babayevanı ADU-da əmək fəaliyyətinin 50 illik yubileyi münasibətilə təbrik edib.

Daha sonra elmi şurada İspaniya Krallığının Servantes İnstitutu və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.

İmzalanma mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla, Servantes İnstitutunun direktoru Fernando Vara de Rey və İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia iştirak ediblər.

Mərasim çərçivəsində imzalanan əməkdaşlıq müqaviləsinin Azərbaycan və İspaniya arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Sənədin iki qurum arasında akademik əməkdaşlığın inkişafı, ispan dilinin tədrisinin təşviqi, eləcə də birgə elmi və mədəni layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağı qeyd olunub.

Akademik Kamal Abdulla Azərbaycan Dillər Universitetinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, xarici dillərin tədrisinin təkmilləşdirilməsinə və müxtəlif ölkələrin mədəniyyətləri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib. O, Servantes İnstitutu ilə əməkdaşlığın universitetdə ispan dilinin və İspaniya mədəniyyətinin təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Servantes İnstitutunun direktoru Fernando Vara de Rey isə əməkdaşlığın ispan dilinin və ispan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılmasına, iki ölkənin təhsil və mədəniyyət müəssisələri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

İmzalanma mərasimi Azərbaycan və İspaniya arasında mövcud mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də təhsil və elm sahələrində yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Daha sonra Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin müdiri, dosent Fatma Qurbanzadə, Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Vüsalə Ağabəyli hesabatlarla çıxış ediblər.

Hesabatlarda müvafiq struktur bölmələri üzrə həyata keçirilən fəaliyyətin əsas istiqamətləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin monitorinqinin gücləndirilməsi, strateji hədəflərin icrası və elmi fəaliyyətin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Çıxışlar zamanı mövcud fəaliyyətin təkmilləşdirilməsi, müəyyən edilmiş hədəflərə nail olunması və universitetin inkişaf strategiyasına uyğun tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Elmi Şurada hesabatlar ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər nəzərdən keçirilib və müvafiq istiqamətlər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.

Elmi şura cari məsələlər ətrafında aparılan fikir mübadiləsi ilə davam edib.

Fidan Abışova

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03