Təhsil 365 - Logo Mobile

ADNSU tələbələri qalib oldular

1823.10.2026 - 19:15
ADNSU tələbələri qalib oldular

Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışmasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının tələbələri uğurlu nəticələri və innovativ layihələri ilə diqqət çəkiblər.

“Tehsil365” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və özəl sektor tərəfdaşlarının dəstəyi ilə baş tutan hakaton işğaldan azad edilmiş ərazilərin inkişafına yönələn innovativ həllərin hazırlanmasını təşviq edib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan yarışmada 14 ali təhsil müəssisəsindən 55 tələbə iştirak edib. 44 saat 44 dəqiqə 44 saniyə davam edən intensiv yarış zamanı komandalar Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı təyinatlı torpaq və təsərrüfat sahələrinə investisiyaların cəlb edilməsini dəstəkləyən rəqəmsal platforma prototipləri hazırlayıblar.

ADNSU-nun SABAH qruplarının tələbələrinin: Cavidan Aşurlu, Murad Məmmədzadə və Həsən Dadaşzadənin təmsil olunduğu “Farad” komandası yarışmanın qalibləri sırasında yer alaraq 4444 manat pul mükafatı qazanıb.

Hakatonda iştirak edən digər ADNSU SABAH komandası — “GreenByte” da təqdim etdiyi layihə ilə diqqət çəkib. Murad Qaramollayev, Xəyal Əliyev, Azər Vəliyev və Nərgiz Heydərlinin hazırladığı innovativ həll mükafatçılar sırasında yer almasa da, yüksək qiymətləndirilib. Komandaya gələcək əməkdaşlıqla bağlı təklifin irəli sürülməsi layihənin potensialını və komandanın yanaşmasının maraq doğurduğunu göstərir.

Bu nəticələr ADNSU-nun SABAH qruplarında tələbələrin innovativ düşüncə tərzinin, texnoloji biliklərinin və komanda şəklində işləmək bacarıqlarının inkişafına verilən önəmin göstəricisidir. Tələbələrin real iqtisadi və sosial problemlərə rəqəmsal həllər təqdim etməsi onların nəzəri biliklərini praktikada tətbiq etmək və innovasiya mühitində təcrübə qazanmaq imkanlarını genişləndirir.

ADNSU tələbələrin startap və innovasiya ekosistemində fəal iştirakını, sənaye və biznes nümayəndələri ilə əməkdaşlığını, eləcə də ölkənin inkişaf prioritetlərinə töhfə verən layihələr hazırlamasını dəstəkləməyə davam edir.

ADNSU-nun SABAH qruplarının tələbələrini əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara yeni layihələrdə və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Fidan Abışova

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03