Oktyabrın 30-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Victor Viva Music (Bakı–Nyu-York) Beynəlxalq Klassik Musiqi Müsabiqəsi çərçivəsində tanınmış pianoçu, Rusiyanın Əməkdar artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Yevgeni Vladimiroviç Mixaylovun ustad dərsi təşkil olunacaq.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, ustad dərsinin keçirilməsində məqsəd gənc pianoçuların və musiqi təhsili alan tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır. İştirakçılar tanınmış pianoçunun təcrübəsindən yararlanmaq, musiqi əsərlərinin interpretasiyası, ifaçılıq texnikası və bədii ifadə vasitələri ilə bağlı tövsiyələr almaq imkanı əldə edəcəklər.

