Təhsil 365 - Logo Mobile

Bakı Bulvarında Zeytun Festivalı davam edir

9724.10.2026 - 10:44
Bakı Bulvarında Zeytun Festivalı davam edir

Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqramla davam edir.

“Tehsil365” xəbər verir ki, oktyabrın 24-də də Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim edirlər.

Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunacaq. Gün ərzində bulvarda səslənən musiqi, tanınmış sənətçilərin çıxışları festivalın bayram ovqatını tamamlayacaq.

Qazaxıstanlı festival qonağı Oksana Abramova qeyd edib ki, Azərbaycana səyahətinin ilk günündə təsadüfən festivala qatılıb. O, festivalın möhtəşəm ab-havasından, insanların mehribanlığından və Bakı bulvarının gözəlliyindən məmnun qaldığını bildirib. Zeytunun dadına baxdıqlarını və çox bəyəndiklərini deyən turist Azərbaycana yenidən gəlmək istədiyini vurğulayıb.

Festivalın digər qonağı Zəmanə Həmidova isə qeyd edib ki, tədbir onun üçün bir sıra yeni məlumatlar əldə etmək baxımından maraqlıdır. O bildirib ki, indiyədək zeytun mürəbbəsinin mövcudluğundan xəbərsiz olub və festivalda bununla tanış olmaq imkanı qazanıb. Zəmanə Həmidova gənclərin festivala göstərdiyi marağı yüksək qiymətləndirərək, layihənin çox yaxşı təşkil olunduğunu və xoş təəssürat yaratdığını vurğulayıb.

Bu gün DJ Kamo, Rilaya, Mərdan Kazımov, axşam saatlarında isə Orxan Zeynallı, Xəyyam Nisanov və Zülfiyyə Xanbabayeva konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.

Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.

Festival oktyabrın 25-də də davam edəcək. Həmin gün pavilyonlarla tanışlıqla yanaşı, Xalq artisti Aygün Kazımova, Azad Şabanov, Zamiq Hüseynov, Teymur Süleymanbəyli, “Excellent band” və “Wave band” qruplarının konserti olacaq.

Asyat Abdurahmanova

Xəbər Lenti

Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib24.10.2026 - 12:20
“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub24.10.2026 - 11:46
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34