XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sərginin fəxri yazarı, Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü və imza saatı təşkil olunub.
“Tehsil365” xəbər verir ki, görüşdə şairin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı yeri, poeziyasının əsas mövzuları və milli-mənəvi dəyərlərin ədəbi irsdə ifadəsi barədə söhbət aparılıb.
Oxucularla səmimi ünsiyyət şəraitində keçən görüşdə Sabir Rüstəmxanlı poeziyaya və kitaba olan marağın qorunmasının, xüsusilə gənc nəslin mütaliəyə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşən iştirakçılar onları maraqlandıran sualları ünvanlayıblar.
Görüşün sonunda Xalq şairi kitablarını oxucular üçün imzalayıb, onlarla xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi kitab və mütaliə mədəniyyətinin təşviqi, yazıçı və şairlərlə oxucular arasında ünsiyyətin genişləndirilməsi baxımından mühüm platformadır.

