Təhsil 365 - Logo Mobile

“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub

9424.10.2026 - 11:46
“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabının təqdimatı keçirilib.

“Tehsil365” xəbər verir ki, nəşr Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə Əlişir Nəvainin anadan olmasının 585 illiyinin qeyd edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 885 illiyi münasibətilə işıq üzü görüb.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova nəşrin iki böyük mütəfəkkirin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının qarşılıqlı əlaqələrinin araşdırılması Azərbaycan ədəbiyyatşünaslığında uzunmüddətli ənənəyə malikdir. Bu istiqamətdə Xalq şairi Səməd Vurğun, Xalq yazıçısı Anar, akademiklər Həmid Araslı, Rafael Hüseynov, İsa Həbibbəyli, Teymur Kərimli, professorlar Nüşabə Araslı, Ramiz Əskər, Cənnət Nağıyeva və digər tanınmış alim və ədiblər dəyərli tədqiqatlar aparıblar.

Aktotı Raimkulova Fondun hər iki şairin irsinin beynəlxalq səviyyədə tanıdılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə Mir Cəlalın “Nizami dünyası” məqalələr toplusu, “Nizami Gəncəvi və memarlıq” elmi əsərlər məcmuəsi, “Uşaqların Nizami Gəncəvi dünyası” şeir və hekayələr kitabı, həmçinin Əlişir Nəvainin “Əsərlər” toplusu nəşr olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi kitabın hazırlanması prosesindən danışıb. O bildirib ki, 554 səhifəlik nəşrdə Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığına, onların ədəbi irsinin müqayisəli təhlilinə dair müxtəlif dövrlərdə qələmə alınmış elmi məqalələr toplanıb. Nəşrin əsas məqsədi hər iki mütəfəkkirin irsini daha geniş auditoriyaya çatdırmaq və gələcək araşdırmalar üçün dəyərli elmi mənbə formalaşdırmaqdır.

Filologiya elmləri doktoru, professor Elman Quliyev çıxışında Nizami Gəncəvi və Əlişir Nəvainin Şərq ədəbiyyatının inkişafındakı rolunu diqqətə çatdırıb. Qeyd edib ki, iki sənətkarı təxminən üç əsrlik zaman məsafəsi ayırsa da, onların yaradıcılığı arasında güclü ədəbi və mənəvi bağlılıq mövcuddur. Nizami Gəncəvinin əsasını qoyduğu “Xəmsə” ənənəsini davam etdirən Əlişir Nəvai bu ədəbi ənənənin türk dilində inkişafına mühüm töhfə verib. Professor hər iki şairin əsərlərinin əsrlər keçməsinə baxmayaraq, bəşəri ideyaları və yüksək bədii dəyəri ilə aktuallığını qoruduğunu vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova isə Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi zəngin irsdən söz açıb. Bildirib ki, dahi şairin yaradıcılığında humanizm, ədalət, mənəvi kamillik və yüksək əxlaqi dəyərlər mühüm yer tutur. Onun sözlərinə görə, Nizami poeziyası Şərq ədəbi düşüncəsinin inkişafına güclü təsir göstərərək Əlişir Nəvai də daxil olmaqla, sonrakı dövrlərin görkəmli söz ustaları üçün ilham mənbəyinə çevrilib.

Qeyd edək ki, “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabında hər iki şairin ədəbi irsinə dair müxtəlif illərdə dərc olunmuş elmi araşdırmalar ilk dəfə sistemləşdirilərək vahid nəşrdə təqdim edilib.

Asyat Abdurahmanova

Xəbər Lenti

Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib24.10.2026 - 12:20
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Bakı Bulvarında Zeytun Festivalı davam edir24.10.2026 - 10:44
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34