Oktyabrın 24-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nəşriyyatçılar Assosiasiyasının icraçı direktoru Raşid Əl-Kusu və ictimaiyyətlə əlaqələr üzrə menecer Abdulla Əl-Abedi ilə görüşüb.
Kitabxanadan “Tehsil365-ə bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət, ədəbiyyat, kitabxana və nəşriyyat sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı kitab mübadiləsi, Azərbaycan və ərəb ədəbiyyatının təbliği, həmçinin beynəlxalq kitab sərgilərində birgə iştirak imkanları müzakirə olunub.
Professor Kərim Tahirov Milli Kitabxananın fəaliyyəti, rəqəmsallaşdırma işləri və XII Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyəti barədə məlumat verib.
Raşid Əl-Kus isə kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda qonaqlar kitabxananın oxu zalları, Nadir kitablar fondu və uşaq bölməsi ilə tanış olub, onlara qədim əlyazma Quran nüsxəsi və klassiklərin reprint nəşrləri nümayiş etdirilib.

