İspaniyada tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılacaq.
“Tehsil365” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti dövlət universitetlərində tələbə yataqxanalarının yaradılması məqsədilə 45 milyon avro vəsait ayırmağı planlaşdırır. Baş nazir Pedro Sançesin açıqlamasına görə, təşəbbüs çərçivəsində ilkin mərhələdə yeddi layihənin həyata keçirilməsi və ölkə üzrə təxminən 2 000 yeni tələbə yaşayış yerinin yaradılması nəzərdə tutulur.
Layihənin əsas məqsədi təhsil almaq üçün başqa şəhərlərə üz tutan tələbələrin mənzil probleminin həllinə dəstək olmaq, yaşayış xərclərini azaltmaq və ali təhsildə bərabər imkanları genişləndirməkdir.
Qeyd edək ki, tələbələrin münasib qiymətə yaşayış yeri ilə təmin olunması ali təhsilin əlçatanlığının artırılmasında mühüm amillərdən biri hesab olunur. Yeni təşəbbüsün həyata keçirilməsi İspaniyada tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verməyi hədəfləyir.

