Alimlərin yeni araşdırması beynin hüceyrələr arasında məlumat ötürmə mexanizmlərinin əvvəl düşünüldüyündən daha mürəkkəb olduğunu ortaya qoyub.
“Tehsil365” xəbər verir ki, araşdırmaya əsasən, beynin kiçik bir bölgəsində kimyəvi siqnalların daha dəqiq və hədəfli şəkildə ötürülə bildiyi müəyyən edilib.
Tədqiqatın nəticələri beyin hüceyrələrinin bir-biri ilə necə əlaqə qurduğunun daha dərindən öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu mexanizmlərin araşdırılması gələcəkdə beynin fəaliyyəti, sinir sistemi və bəzi nevroloji proseslərin daha yaxşı başa düşülməsinə kömək edə bilər.
Alimlər hesab edirlər ki, beyində məlumat mübadiləsinin incə mexanizmlərinin öyrənilməsi neyrobiologiya sahəsində yeni tədqiqatlar üçün imkanlar yaradır.

