Təhsil 365 - Logo Mobile

Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil

2424.10.2026 - 16:54
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil

“Buraxılış imtahanlarında sualların çətinlik səviyyəsinin qiymətləndirilməsi yalnız şagirdlərin və valideynlərin rəyləri əsasında aparılmamalıdır. Təhsil tədqiqatçısı Elmin Nuri hesab edir ki, bu məsələdə statistik və elmi təhlillərə, eləcə də tədris proqramları ilə qiymətləndirmə meyarları arasındakı uyğunluğa diqqət yetirilməlidir”.

“Tehsil365” xəbər verir ki, bu barədə təhsil tədqiqatçısı Elmin Nuri AzEdu.az-ın podkastında danışıb.

Onun sözlərinə görə, buraxılış imtahanlarından sonra sosial şəbəkələrdə sualların çətinliyi, keyfiyyəti və düzgünlüyü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Lakin imtahan suallarının səviyyəsi barədə yekun nəticəyə gəlmək üçün elmi yanaşma əsas götürülməlidir.

Elmin Nuri bildirib ki, sualların çətinlik dərəcəsini müəyyənləşdirmək üçün imtahan nəticələri və statistik göstəricilər təhlil olunmalıdır. Bu məlumatlar əsasında sualların şagirdlərin bilik səviyyəsinə uyğunluğu daha obyektiv qiymətləndirilə bilər.

Təhsil tədqiqatçısı vurğulayıb ki, testologiyanın əsas prinsiplərindən biri sualların çətinlik səviyyəsinə görə düzgün bölüşdürülməsidir. İmtahanda asan, orta və çətin suallar arasında balans qorunmalıdır. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının daha dolğun qiymətləndirilməsinə xidmət edir.

Onun fikrincə, buraxılış imtahanlarında yaranan çətinlikləri yalnız test sualları ilə əlaqələndirmək düzgün deyil. Tədris prosesinin təşkili, şagirdlərin hazırlıq səviyyəsi və qiymətləndirmə meyarları da nəzərə alınmalıdır.

Elmin Nuri qeyd edib ki, Dövlət İmtahan Mərkəzi sualları mövcud təhsil proqramları və məzmun standartları əsasında hazırlayır. Bununla belə, şagirdlərin hazırlıq prosesinin həmin standartlara nə dərəcədə uyğun qurulması da mühüm əhəmiyyət daşıyır.

Tədqiqatçı hesab edir ki, şagirdlər və valideynlər imtahanların qiymətləndirilməsi prinsipləri, tədris proqramları və məzmun standartları barədə daha ətraflı məlumatlandırılmalıdırlar. Bu, imtahan nəticələrinin daha düzgün anlaşılmasına və hazırlıq prosesində mövcud çatışmazlıqların müəyyənləşdirilməsinə kömək edə bilər.

Xədicə Hüseyn

Xəbər Lenti

Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib24.10.2026 - 12:20
“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub24.10.2026 - 11:46
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Bakı Bulvarında Zeytun Festivalı davam edir24.10.2026 - 10:44
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34