Qazaxıstanın paytaxtında oktyabrın 25-də qeyd olunacaq Respublika Gününə həsr olunmuş açıq hava konsertləri başlayıb.
“Tehsil365” “AZƏRTAC “və Astana meriyasının rəsmi saytına istinadla xəbər verir ki, oktyabrın 24-də şəhərin altı rayonunun hamısında konsert proqramları təşkil olunacaq.
Yaşayış məntəqələrində, şəhər parklarında, meydanlarda və paytaxtın baş meydanında bayram tədbirləri keçiriləcək. Qazaxıstanlı ifaçılar və yaradıcı qruplar paytaxt sakinləri və qonaqları qarşısında çıxış edəcəklər.
Ümumilikdə, Astanada Respublika Günü münasibətilə 120-dən çox mədəni, təhsil, idman, ekoloji və sosial tədbir planlaşdırılır. Proqrama konsertlər, sərgilər, tamaşalar, tematik görüşlər, müsabiqələr və idman yarışları daxildir.
Bundan əlavə, yeni obyektlərin açılışı milli bayramla üst-üstə düşür.

