Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.
“Tehsil365” xəbər verir ki, bu barədə XİN-in özünün rəsmi "X" sosial media hesabında paylaşım edib.
"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq!
Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinə sadiqdir.
Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

