Milli Kitabxanada Vətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “25 oktyabr – Qubadlı şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, sərgilərdə Qubadlı şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

