Təhsil 365 - Logo Mobile

Adilə Əliyeva Parisdə platin medalla təltif olunub

5225.10.2026 - 09:33
 Adilə Əliyeva Parisdə platin medalla təltif olunub

Parisdə, “InterContinental Paris Le Grand” mehmanxanasının “Opéra” zalında 1915-ci ildə təsis edilmiş İncəsənət, Elm və Ədəbiyyat Akademik Təşviq və Təhsil Cəmiyyətinin (“Arts-Sciences-Lettres”) 2026-cı il laureatlarının mükafatlandırılma mərasimi keçirilib.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, cəmiyyətin 111-ci buraxılışına daxil olan laureatlar arasında Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Adilə Əliyeva da (Adel Bespalaya-Əliyeva) yer alıb. Sənətkara Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyası tərəfindən diplom və platin medal təqdim olunub.

Adilə Əliyeva Bakı şəhərində anadan olub, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada yaşayan sənətkar dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib, Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edib. O, 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edir və Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir. A.Əliyeva 2022-ci ildə musiqi sahəsindəki xidmətlərinə görə Fransanın “Fəxri Legion” ordeninin Cəngavər dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, 1915-ci il noyabrın 12-də Rene Flamen (René Flament) tərəfindən təsis edilmiş “Arts-Sciences-Lettres” Akademik Təşviq və Təhsil Cəmiyyəti incəsənət, elm və ədəbiyyat sahələrində istedadı və fəaliyyəti ilə mədəniyyətin inkişafına töhfə verən şəxsləri tanıtmaq, onların nailiyyətlərini təşviq etmək məqsədi daşıyır.

Cəmiyyət hər il Parisin nüfuzlu məkanlarının birində təntənəli mərasim təşkil edir. Tədbirdə çoxsaylı qonaqların iştirakı ilə mükafatlandırılan şəxslərə platin, qızıl, vermeil (qızıl suyuna çəkilmiş gümüş medal), gümüş, qalay və bürünc medalların diplomları təqdim olunur. Mükafatlar Cəmiyyətin Ali Mükafatlar Komissiyası tərəfindən müəyyən edilir.

Bundan əlavə, İdarə Heyətinin seçimi ilə Fransa və digər ölkələrdən olan tanınmış şəxsiyyətlərə fəxri lövhə ilə birlikdə böyük qızıl və böyük vermeyl medalları verilir. Təntənəli mərasim bədii proqramla müşayiət olunur və fəxri şam yeməyi ilə davam edir.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30