Təhsil 365 - Logo Mobile

“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub

5125.10.2026 - 09:37
 “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın “Гейдар Алиев – основатель политики азербайджанского мультикультурализма” (“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi”) kitabının təqdimatı keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, rus dilində nəşr olunan kitab akademik Kamal Abdullanın ideya rəhbərliyi və təşkilatçılığı ilə işıq üzü görüb.

Tədbirdə çıxış edən akademik Kamal Abdulla nəşrin əhəmiyyətindən danışaraq bildirib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin multikulturalizm siyasəti və bu istiqamətdəki fəaliyyəti geniş işıqlandırılıb. O qeyd edib ki, əsər multikulturalizm ideyalarının Azərbaycan cəmiyyətində inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən bəhs edib. O bildirib ki, Ulu Öndərin tolerantlıq və mədəniyyətlərarası dialoq prinsiplərinə əsaslanan siyasəti müasir Azərbaycanın inkişafı üçün möhkəm təməl yaradıb.

Fondun prezidenti qeyd edib ki, rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərindən biri Türk dünyasının görkəmli şəxsiyyətlərinin irsinin təbliğidir. Bu məqsədlə müxtəlif nəşrlər hazırlanır, onların ayrı-ayrı dillərə tərcüməsi həyata keçirilir və bununla da türk xalqları arasında mədəni əlaqələrin, qarşılıqlı anlaşmanın və birliyin möhkəmləndirilməsinə töhfə verilir.

Aktotı Raimkulova Elmira Axundovanın Ümummilli Liderin irsinin araşdırılması və qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Fond kitabın daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə qazax və digər dillərə tərcüməsini, eləcə də nəşrini planlaşdırır.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında Azərbaycan multikulturalizminin təbliğində akademik Kamal Abdullanın və onun rəhbərlik etdiyi qurumun mühüm rolunu vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən layihələrin və görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Rəşad Məcid qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin multikulturalizm sahəsindəki fəaliyyəti və baxışlarına həsr olunan kitabın məhz Elmira Axundova tərəfindən qələmə alınması xüsusi əhəmiyyət daşıyır. O, yazıçının Heydər Əliyevin həyat və siyasi irsinin araşdırılmasına həsr etdiyi sənədli-publisistik əsərlərin dəyərini də yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə nəşrin əhəmiyyətindən danışıb, Elmira Axundovanın ədəbi yaradıcılığına və sənədli-publisistik fəaliyyətinə toxunub. O, yazıçının Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin araşdırılmasına həsr etdiyi əsərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30