Təhsil 365 - Logo Mobile

QAİ və BDU birgə əməkdaşlığa başlayıb

7525.10.2026 - 17:20
QAİ və BDU birgə əməkdaşlığa başlayıb

Qərbi Azərbaycan İcması (QAİ) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə 2026/2027-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU rektoru Elçin Babayev yüksək balla tələbə adını qazanmış gəncləri və Prezident təqaüdçülərini təbrik edərək, bu uğurun gələcək nailiyyətlər üçün böyük stimul və mənəvi məsuliyyət olduğunu vurğulayıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına və istedadlı gənclərin dəstəklənməsinə xüsusi önəm verilir. Universitetdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin işinə toxunan rektor bu torpaqların tarixi və mədəni irsinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb və gəncləri tarixi yaddaşı yaşatmağa çağırıb: “İnanıram ki, siz də gələcəkdə bu ənənələri davam etdirəcək, müxtəlif sahələrdə uğurlu mütəxəssis kimi yetişəcəksiniz. Ailələrinizdə qorunan yaddaşı, Qərbi Azərbaycanın tarixi və mədəni irsini yaşatmaqda və gələcək nəsillərə çatdırmaqda sizin mühüm rolunuz var”.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. İcma sədri bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi yaddaşın qorunması və Qayıdış Konsepsiyasının həyata keçirilməsində savadlı, vətənpərvər və fəal gənclərin üzərinə böyük məsuliyyət düşür. O, gənclərin Qərbi Azərbaycanın tarixi, milli-mədəni irsi və doğma torpaqlara qayıdış ideyası ilə bağlı biliklərini artırmasının vacibliyini də diqqətə çatdırıb.

İcmanın Müşahidə Şurasının sədri, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, QAİ İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, QAİ Gənclər Şurası və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, qəbul imtahanlarında 697.5 bal toplayan, Prezident təqaüdçüsü Zəfər Həsənli çıxışlarında gəncləri Qərbi Azərbaycan həqiqətlərini daha dərindən öyrənməyi, seçdikləri ixtisasa dərindən yiyələnməyi, təhsil illərindən səmərəli istifadə etməyi, gələcəkdə qazanacaqları bilikləri ölkəmizin inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına yönəltməyi tövsiyə ediblər.

Sonda qəbul imtahanlarında ən yüksək nəticə göstərən Qərbi Azərbaycandan olan gənclərə təşəkkürnamə və hədiyyələr verilib.

Ayətil Quliyeva

Xəbər Lenti

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur25.10.2026 - 18:00
Məktəblilərin təhlükəsizliyi üçün süni intellektdən istifadə edəcək25.10.2026 - 17:57
Peşəkar mühasib sertifikatı almaq üçün DİM imtahan keçirtdi25.10.2026 - 17:53
“Pampuşun səyahəti” uşaq kitabının təqdimatı keçirilib25.10.2026 - 17:46
Nəbabət bağında "Torpaq" adlı qrup sərgisi açılıb25.10.2026 - 17:42
Leyla Əliyeva "Turandot" tamaşasının premyerasından paylaşım edib - Video25.10.2026 - 17:37
Azərbaycan və Pakistanın tarixi-mədəni irsini əks etdirən kitablar təqdim olunub25.10.2026 - 17:27
Azərbaycan və Türkiyə yazarları şəhidlərə həsr olunmuş beş cilddə kitab ərsəyə gətiriblər25.10.2026 - 17:24
Bakıda “İspanca-Azərbaycanca frazeoloji ifadələr lüğəti”nin təqdimatı olub25.10.2026 - 17:17
Sərgidə “BDU-nun media problemləri jurnalı” təqdim olunub25.10.2026 - 17:15
Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07