Təhsil 365 - Logo Mobile

“Xarıbülbül” antologiyası təqdim olunub

5126.10.2026 - 08:00
 “Xarıbülbül” antologiyası təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türkiyənin Kərkük Mədəniyyət Dərnəyi tərəfindən Türkiyə türkcəsində nəşr olunan “Xarıbülbül” antologiyasının təqdimat mərasimi keçirilib.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, “Can, Azərbaycan” və “Ustad dərsi” verilişlərinin aparıcısı, İTV-nin əməkdaşı Pərvanə Nadirin aparıcılığı ilə keçirilən mərasimdə tanınmış ziyalılar, şairlər, mədəniyyət nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Pərvanə Nadir antologiyanın ədəbi və mədəni əhəmiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi olan tərtibçilərə - Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçiyə və professor, şair Rəsmiyyə Sabirə minnətdarlığını bildirib.

Təqdimat mərasimində professorlar Elçin İsgəndərzadə, Rəsmiyyə Sabir və Şəmsəddin Kuzəçi çıxış ediblər. Çıxışlarda antologiyanın ədəbi-mədəni əhəmiyyəti, poeziyanın xalqlar və mədəniyyətlər arasında mənəvi körpü rolunu oynaması, milli-mənəvi irsin qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə toxunulub.

“Xarıbülbül” Azərbaycan xalqının yaddaşında Qarabağın, Şuşanın, doğma torpağa bağlılığın və milli kimliyin rəmzi kimi xüsusi yer tutur. Bu rəmzi adla nəşr olunan antologiya da poeziyanın birləşdirici gücünü, söz sənətinin mənəvi dəyərini və Azərbaycanla Türkiyə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatın rolunu bir daha ön plana çıxarıb.

Tədbirin bədii hissəsi də yaddaqalan məqamlarla zəngin olub. Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan sözləri professor Mahirə Nağıqızına məxsus olan “Şuşa kompozisiyası”nı ifa edib. Musiqi ilə poeziyanın vəhdətini əks etdirən bu ifa iştirakçılara duyğulu anlar yaşadıb, Şuşanın milli-mənəvi dəyərlərimizdəki əvəzsiz yerini bir daha xatırladıb.

Gənc şair Banu Məhərrəmin bədii qiraəti isə tədbirin ədəbi ovqatını daha da zənginləşdirib və mərasimə xüsusi rəng qatıb.

“Xarıbülbül” antologiyasının təqdimatı söz sənətinə, poeziyaya və milli-mədəni irsə verilən dəyərin ifadəsi olmaqla yanaşı, müxtəlif ədəbi mühitlərin nümayəndələrini bir araya gətirən əlamətdar mədəni hadisə kimi yadda qalıb. Təqdimat mərasimi bir daha göstərib ki, poeziya xalqların tarixi yaddaşını, mənəvi dəyərlərini və ortaq duyğularını yaşadan, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini gücləndirən mühüm mənəvi körpüdür.

 

Əzizə Qayıtmazova

Xəbər Lenti

Dövlət İmtahan Mərkəzi üçüncü “Könüllülər layihəsi”nə start verir26.10.2026 - 09:13
BMT-nin Mülki Aviasiya Təşkilatı təyyarələrin nizamlı enişi ilə bağlı plan təklif edir26.10.2026 - 09:10
Pakistanda antiterror əməliyyatı baş verib26.10.2026 - 09:07
Meşə terapiyası təşkil edilib26.10.2026 - 09:04
BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb26.10.2026 - 09:01
Yeni Çağ” Media Qrupunun rəhbəri medalla təltif olundu26.10.2026 - 08:58
Elm və Təhsil Nazirliyi İran nazirinə etiraz edib26.10.2026 - 08:49
Sabahın hava şəraiti açıqlanıb26.10.2026 - 08:46
Azərbaycanlı həkimin kitabı nəşr olundu26.10.2026 - 08:43
İlham Əliyev Aleksander Van der Bellene təbrik mesajı göndərib26.10.2026 - 08:24
Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib26.10.2026 - 08:05
Azərbaycanın voleybol millisi EEVZA çempionatında beşinci olub26.10.2026 - 08:03
Müslüm Maqomayevin xatirəsi anılıb26.10.2026 - 08:01
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur25.10.2026 - 18:00
Məktəblilərin təhlükəsizliyi üçün süni intellektdən istifadə edəcək25.10.2026 - 17:57
Peşəkar mühasib sertifikatı almaq üçün DİM imtahan keçirtdi25.10.2026 - 17:53
“Pampuşun səyahəti” uşaq kitabının təqdimatı keçirilib25.10.2026 - 17:46
Nəbabət bağında "Torpaq" adlı qrup sərgisi açılıb25.10.2026 - 17:42
Leyla Əliyeva "Turandot" tamaşasının premyerasından paylaşım edib - Video25.10.2026 - 17:37
Azərbaycan və Pakistanın tarixi-mədəni irsini əks etdirən kitablar təqdim olunub25.10.2026 - 17:27
Azərbaycan və Türkiyə yazarları şəhidlərə həsr olunmuş beş cilddə kitab ərsəyə gətiriblər25.10.2026 - 17:24
QAİ və BDU birgə əməkdaşlığa başlayıb25.10.2026 - 17:20
Bakıda “İspanca-Azərbaycanca frazeoloji ifadələr lüğəti”nin təqdimatı olub25.10.2026 - 17:17
Sərgidə “BDU-nun media problemləri jurnalı” təqdim olunub25.10.2026 - 17:15
Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24