Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatının benefisiarları üçün reabilitasiya təcrübəsinin yeni istiqaməti kimi meşə terapiyası (Forest bathing) təşkil olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Nəbatat Bağında keçirilən terapiyaya Pansionatın xidmətlərindən yararlanan 20-yə yaxın əlilliyi olan şəxs cəlb edilib. Tədbir çərçivəsində iştirakçılar təbiəti duyğular vasitəsilə qavramaq, ətraf mühiti müşahidə etmək və təbiətlə şüurlu təmas qurmaq imkanı əldə ediblər.
Yapon mənşəli shinrin-yoku yanaşması təbiətlə şüurlu təmasa əsaslanır. Elmi araşdırmalar bu təcrübənin stresin azalmasına və psixoloji rifahın dəstəklənməsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyur.
Terapiya benefisiarların psixoloji rifahının dəstəklənməsi məqsədi daşıyıb.

