“Könüllülər layihəsi”nin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmthana Mərkəzi öz rəsmi hesabında qeyd edib.
Bildirilib ki, layihənin müddəti 3 aydır.
Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/
Layihədə iştirak etmək üçün qeydiyyat 26 oktyabr – 13 noyabr 2026-cı il tarixləri arasında aparılacaq. Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.

