Təhsil 365 - Logo Mobile

Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib

5126.10.2026 - 09:29
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib

Oktyabrın 28-dən noyabrın 8-dək Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək ikinci çoxjanrlı Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) paralel proqramını elan edib.

“Tehsil” AZƏRTAC -a istinadən xəbər verir ki, festivalın əsas proqramında olduğu kimi, paralel proqram da şəhərin musiqi tarixinə həsr olunmuş tədbirlə başlayacaq.

Oktyabrın 29-da Bakı Kitab Mərkəzində tanınmış skripkaçı və dirijor Dmitri Sitkovetski ilə açıq söhbət keçiriləcək. Festivalın digər musiqi tədbirləri kimi, bu görüş də Dmitri Şostakoviçin anadan olmasının 120 illiyinə həsr olunacaq. Bəstəkarın həyatı və taleyi Azərbaycan paytaxtı ilə sıx bağlı olub. Sitkovetski dinləyicilərlə bəstəkarın yaradıcılığı və Şostakoviçin şəxsiyyəti ilə birbaşa bağlı olan öz musiqiçi ailəsinin tarixi haqqında şəxsi düşüncələrini bölüşəcək.

Şitkovetskinin şəxsi xatirələri və dövrün tarixi konteksti Şostakoviçin yaradıcılığına və irsinə həsr olunmuş müzakirəyə xüsusi məna qatacaq.

Ertəsi gün, oktyabrın 30-da, eyni məkanda dövrümüzün ən nüfuzlu teatr rejissorlarından biri olan Lev Dodin ilə açıq görüş keçiriləcək. Rejissor, pedaqoq və Rusiyanın ən yaxşı teatrlarından birinin bədii rəhbəri olan Dodin aktyorların və teatr xadimlərinin bir neçə nəslinə təsir göstərib. O, yarım əsrdən artıq yaradıcılığı ərzində ədəbiyyata dərin maraq, aktyor ansamblının bütövlüyü və son dərəcə diqqətli məşq prosesi üzərində qurulan özünəməxsus teatr dili formalaşdırıb. Onun yaradıcılıq yolu “Avropa teatrı” statusunu daşıyan “Maly” Dram Teatrı ilə ayrılmaz şəkildə bağlıdır. Dodinin rəhbərliyi altında burada beynəlxalq səviyyədə tanınan xüsusi teatr mədəniyyəti formalaşıb. Festival çərçivəsində “Qağayı” tamaşasının təqdimatı ilə əlaqədar təşkil olunan bu görüş tamaşaçılara Çexov yaradıcılığına xüsusi yer ayıran Lev Dodinin sənət dünyasını daha yaxından tanımaq imkanı yaradacaq.

Oktyabrın 31-də tanınmış xoreoqraf Əkrəm Xan və müasir incəsənətin aparıcı nümayəndələrindən biri olan Mənal Əl-Dovayan vizual sənətlə müasir rəqs formaları arasındakı dialoqa həsr olunmuş açıq müzakirədə iştirak edəcəklər. Əkrəm Xan son 25 ildə klassik hind rəqsi ənənələri ilə müasir xoreoqrafiya arasında dialoq üzərində qurulan özünəməxsus xoreoqrafik dil yaradıb. BIAF-ın əsas proqramında təqdim olunan “Zikra: xatirələr gecəsi” rəqs tamaşasında bu dil vizual rejissor kimi çıxış edən, səhnə tərtibatını və kostyumları hazırlayan Mənal Əl-Dovayanın vizual dünyası ilə birləşir.

Qeyd edək ki, görkəmli sənətkarlarla yaradıcılıq görüşü Əl-Dovayanın əsərlərinin Auronda Skalera və doktor Alfredo Kramerotti kuratorluğu ilə təşkil olunan “Hər şey bükülür, açılır, yenidən bükülür” qrup sərgisi çərçivəsində nümayiş etdirildiyi “Gazelli Art House”da keçiriləcək. Əkrəm Xan müzakirəyə Nyu-Yorkdan canlı onlayn bağlantı vasitəsilə qoşulacaq, Mənal Əl-Dovayan isə tamaşaçılarla görüşmək üçün xüsusi olaraq Bakıya gələcək.

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tamaşaçılar müasir xoreoqrafiyanın ən çox tələb olunan nümayəndələrindən biri Şaron Eyalın yeni tamaşa üzərində iş prosesini izləmək imkanı əldə edəcəklər. Qonaqlar xoreoqrafik fraqmentlərin qapalı nümayişində iştirak edə, həmçinin açıq görüş zamanı yaradıcı heyətlə söhbət edə biləcəklər. “İş prosesində” (Work in Progress) proqramı çərçivəsində Şaron Eyalın yaradıcılıq estetikası haqqında qısametrajlı film nümayiş olunacaq və onun müasir rəqsə verdiyi mühüm töhfəyə həsr olunmuş giriş mühazirəsi keçiriləcək. Şaron Eyal müasir xoreoqrafiyanın özünəməxsus və cəsarətli nümayəndələrindən biridir. Onun üslubu hərəkətlərin dəqiq həndəsəsi, insan bədəninin imkanlarını sınayan xoreoqrafiya və minimalist elektron musiqinin vəhdəti ilə seçilir. Eyalın əsərləri tamaşaçını valeh etməklə yanaşı, onu hərəkət və ritmin hipnotik təsirinə qərq edən güclü səhnə təcrübəsi yaradır.

“CHELEBI” Şaron Eyalın “İş prosesində” proqramını rəsmi tərəfdaş qismində dəstəkləyir. Bu əməkdaşlıq brendin Azərbaycanın mədəni həyatında iştirakını, müasir incəsənət, dizayn və səhnə sənətləri arasında dialoqu təşviq etmək öhdəliyini davam etdirir.

Noyabrın 6 və 7-də Daş Salnamə Muzeyində tanınmış italyan rejissoru Romeo Kastelluçi və onun uzunmüddətli yaradıcılıq tərəfdaşı, bəstəkar Skott Gibbonsun yeni işi — “Beləliklə, Karfagenə gəldim” (To Carthage then I came) təqdim olunacaq.

Bu, klassik mənada tamaşa deyil, dramatik teatr, konsert və vizual incəsənətin sərhədində yaradılmış səs ritualıdır. Əsərin dünya premyerası 2026-cı ilin yazında Brüsseldə baş tutub. Bakı üçün Kastelluçi işi məkanın xüsusiyyətlərinə uyğun şəkildə yenidən qurur. Dövlət Bayrağı Meydanında yerləşən, vaxtilə Siemens qardaşlarının elektrik stansiyası olmuş Daş Salnamə Muzeyi sadəcə səhnə fonu olmaqdan çıxaraq tamaşanın müstəqil səslənən hissəsinə çevrilir. Bu, etirazçı pankın enerjisi ilə səmimi duanın sərhədində dayanan, bitdikdən sonra da zalda uzun müddət əks-səda verən bir performansdır.

Festivalın bağlanış günü - noyabrın 8-də Bakı Kitab Mərkəzində tanınmış britaniyalı tarixçi və yazıçı Piter Frankopan ilə görüş keçiriləcək. O, iki milyondan çox nüsxə ilə satılan və 40-dan artıq dilə tərcümə edilən beynəlxalq bestseller “İpək yolları: dünyanın yeni tarixi” (The Silk Roads: A New History of the World) kitabının müəllifidir.

Oksford Universitetinin professoru dünya tarixinin xəritəsinə özünəməxsus baxış təqdim edərək diqqət mərkəzini Avropadan Aralıq dənizi ilə Çin arasındakı coğrafiyaya yönəldib. Məhz bu ərazilərdə dinlər, imperiyalar və ideyalar qovuşub.

Söhbət Şərqə və xüsusilə Bakıya həsr olunacaq. Əsrlər boyu vacib yolların kəsişməsində yerləşən bu şəhər bu gün yenidən mədəniyyətlərin qovuşduğu məkana çevrilir. Bu, keçmiş, bu gün və gələcək haqqında, eləcə də Bakının niyə yenidən dünya xəritəsinin mərkəzinə çevrildiyi barədə canlı söhbət olacaq.

Azərbaycanın mədəni irsi və səyahət imkanları haqqında daha ətraflı məlumat əldə etmək üçün Azerbaijan.travel saytına daxil olun və sosial şəbəkələrdə @ExperienceAzerbaijan hesabını izləyin.

BIAF-2026-nın ətraflı proqramı və bütün festival tədbirləri üçün biletlər rəsmi internet saytında mövcuddur: www.biaf.az

 

Əzizə Qayıtmazova

Xəbər Lenti

Nevroloq Quluzadə Röyanə: "Uzun müddət ekran qarşısında qalmaq avtomatik olaraq sinir hüceyrələrinin məhv olması demək deyil"26.10.2026 - 12:11
Həm yaxşı direktor, həm də yaxşı yazıçı olmaq cəsarət tələb edir26.10.2026 - 11:55
Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm - Elşad Eyvazlı26.10.2026 - 11:54
"Bu kitabı yaradıcılığımın ilk şah əsəri hesab edirəm"26.10.2026 - 11:52
DİM Dövlət qulluğuna imtahan verəcək şəxslərə müraciət edib26.10.2026 - 11:49
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir26.10.2026 - 11:48
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib26.10.2026 - 11:31
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub26.10.2026 - 11:29
Fransada etiraz aksiyaları ilə xəbərdarlıq edilib26.10.2026 - 09:39
BMT Sivilizasiyalar Alyansının direktoru VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramından danışıb26.10.2026 - 09:34
Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 09:27
Azərbaycan Hindistan əlaqələrinin əhəmiyyəti nədədir?26.10.2026 - 09:20
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər26.10.2026 - 09:16
Dövlət İmtahan Mərkəzi üçüncü “Könüllülər layihəsi”nə start verir26.10.2026 - 09:13
BMT-nin Mülki Aviasiya Təşkilatı təyyarələrin nizamlı enişi ilə bağlı plan təklif edir26.10.2026 - 09:10
Pakistanda antiterror əməliyyatı baş verib26.10.2026 - 09:07
Meşə terapiyası təşkil edilib26.10.2026 - 09:04
BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb26.10.2026 - 09:01
Yeni Çağ” Media Qrupunun rəhbəri medalla təltif olundu26.10.2026 - 08:58
Elm və Təhsil Nazirliyi İran nazirinə etiraz edib26.10.2026 - 08:49
Sabahın hava şəraiti açıqlanıb26.10.2026 - 08:46
Azərbaycanlı həkimin kitabı nəşr olundu26.10.2026 - 08:43
İlham Əliyev Aleksander Van der Bellene təbrik mesajı göndərib26.10.2026 - 08:24
Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib26.10.2026 - 08:05
Azərbaycanın voleybol millisi EEVZA çempionatında beşinci olub26.10.2026 - 08:03
Müslüm Maqomayevin xatirəsi anılıb26.10.2026 - 08:01
“Xarıbülbül” antologiyası təqdim olunub26.10.2026 - 08:00
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur25.10.2026 - 18:00
Məktəblilərin təhlükəsizliyi üçün süni intellektdən istifadə edəcək25.10.2026 - 17:57
Peşəkar mühasib sertifikatı almaq üçün DİM imtahan keçirtdi25.10.2026 - 17:53
“Pampuşun səyahəti” uşaq kitabının təqdimatı keçirilib25.10.2026 - 17:46
Nəbabət bağında "Torpaq" adlı qrup sərgisi açılıb25.10.2026 - 17:42
Leyla Əliyeva "Turandot" tamaşasının premyerasından paylaşım edib - Video25.10.2026 - 17:37
Azərbaycan və Pakistanın tarixi-mədəni irsini əks etdirən kitablar təqdim olunub25.10.2026 - 17:27
Azərbaycan və Türkiyə yazarları şəhidlərə həsr olunmuş beş cilddə kitab ərsəyə gətiriblər25.10.2026 - 17:24
QAİ və BDU birgə əməkdaşlığa başlayıb25.10.2026 - 17:20
Bakıda “İspanca-Azərbaycanca frazeoloji ifadələr lüğəti”nin təqdimatı olub25.10.2026 - 17:17
Sərgidə “BDU-nun media problemləri jurnalı” təqdim olunub25.10.2026 - 17:15
Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14