Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib

8626.10.2026 - 14:10
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyevin “Geopoetika” kitabının təqdimatı olub. Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin Məhəmməd Füzuli təqdimat zonasında keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə kitabın müəllifi, professor Asif Hacıyev qeyd edib ki, monoqrafiya filoloji
tədqiqatlarda və bu sahədə kadr hazırlığında zəruri olan, lakin bu vaxta qədər milli-humanitar və elmi-filoloji fikrimizdə, demək olar ki, öyrənilməmiş elmi məsələnin - tarixi-coğrafi mühitin xalqın psixologiyasına, düşüncə tərzinə, mədəniyyətinə, mifoloji təsəvvürlərinə, etnopoetik konseptlərinə, estetik qavrayışına, folklor və ədəbiyyatına, dilinə, o cümlədən coğrafi yurd, vətən məfhumlarına, etnopoetik dünya mənzərəsinə təsirini ehtiva edən geopoetika anlayışının metodoloji və nəzəri-tarixi aspektlərinin ilkin öyrənilməsini və bu sahədə müvafiq nəzəri-metodik bazanın yaradılmasını nəzərdə tutur.

Təqdim olunan monoqrafiyadan mifologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və dilçilikdə, o cümlədən tarixi poetika, estetika, etnopoetika, etnolinqvistika və linqvokulturologiya üzrə araşdırmalarda, eləcə də xalqımızın tarixi torpaqlarımızda avtoxtonluğu məsələsinin, türkologiyanın və azərbaycanşünaslığın, multikultural həyat tərzimizin öyrənilməsində metodoloji və nəzəri zəmin kimi istifadə etmək olar. Onun sözlərinə görə, milli-ideoloji və etnik poetika baxımından mühüm əhəmiyyəti olan geopoetikanın filoloji və digər humanitar elm sahələrinə tətbiqinə, tədris və tədqiqatlarda inkişafına nail olmaq mümkündür.

Ardınca filologiya elmləri doktoru, professor Rüstəm Kamal; filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy; filologiya elmləri doktoru, professor Telman Cəfərov; Tərcümə və filologiya kafedrasının dosenti Fərhad Mədətov, tədbirin moderatoru və kitabın redaktoru Hüseyn Hüseynli çıxış edərək bildiriblər ki, kitab müəllifin uzun illər üzərində işlədiyi mürəkkəb və ədəbiyyatşünaslıqda yeni olan metodologiyaya həsr olunub. Müəllif monoqrafiyada geopoetik metodologiyanın filoloji tədqiqatlarda və etnik proseslərdə mühüm rolunu təsdiqləyib. Çıxışlarda bildirilib ki, qeyd olunan metodologiya xüsusən Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Həmçinin tarixi Azərbaycan torpaqlarının bir hissəsinin ölkənin hazırkı sərhədlərindən kənarda qalması kontekstində geopoetik yanaşmanın həmin ərazilərin tarixi-mədəni irsinin araşdırılmasına da töhfə verə biləcəyi qeyd olunub.

Çıxışların ardından müəllif kitabın nəfis şəkildə dərcinə görə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevaya minnətdarlığını bildirib, geopoetikanın bir elm sahəsi kimi kitab sərgisində təmsil olunmasından məmnuniyyətini ifadə edib.

Tədbir Asif Hacıyevin oxucuları ilə görüşərək kitabını imzalaması ilə başa çatıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

Gənc alimlər məktəblilər üçün ustad dərsi keçiblər28.10.2026 - 09:32
“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir28.10.2026 - 09:27
Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər28.10.2026 - 09:25
UNEC Şanxay reytinqində fərqlənib28.10.2026 - 09:00
Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir28.10.2026 - 08:45
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyalar keçirilib28.10.2026 - 08:42
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub28.10.2026 - 08:39
Bakıda VII sinif şagirdi pəncərədən yıxılaraq vəfat edib28.10.2026 - 08:33
Azərbaycanda yeni qanun layihəsi hazırlanıb28.10.2026 - 08:33
Sabahın hava proqnozu açıqlanıb28.10.2026 - 08:27
Məktəblilərin elektron yerdəyişməsi prosesi başlayır28.10.2026 - 08:24
“Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub28.10.2026 - 08:18
Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub28.10.2026 - 08:15
“Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri" mövzusunda təlim keçirilib28.10.2026 - 08:11
DİM-də tibb təhsili üzrə qiymətləndirmə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub28.10.2026 - 08:08
Qazaxıstandakı beynəlxalq konfransda Azərbaycanlı alimlərin çıxışı olub28.10.2026 - 08:03
Sakitlik Həmişə Problemsizlik Deyil27.10.2026 - 19:33
OKP Simpoziumu Keçirildi27.10.2026 - 19:31
Xəzər Universitetinin tələbələri Qudyalçayda sahə səfərində olublar27.10.2026 - 19:29
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nin açılış seminarı keçirilib27.10.2026 - 19:23
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 19:19
Xəzər Universiteti AzTU-da27.10.2026 - 19:17
Məktəblərdə yeni maliyyələşmə mexanizmi müəllimlərin maaşlarına təsir edə bilər27.10.2026 - 19:14
Kənd məktəblərində fizika və kimya fənlərinin tədrisində problem27.10.2026 - 19:10
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəb bərpa edilir27.10.2026 - 19:07
Azərbaycanda gənc tədqiqatçıların sayı azalıb27.10.2026 - 19:02
Təhsil sahəsində çalışan qadınların sayı kişilərdən 3 dəfə çoxdur27.10.2026 - 18:47
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13