ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən gənc tədqiqatçılar və doktorantların elmi-tədqiqat fəaliyyətinə dəstək vermək məqsədilə “Akademik etika” mövzusunda təlimat sənədi hazırlanıb.
“Tehsil365” xəbər verir ki, təlimatda plagiat, məlumatların uydurulması və saxtalaşdırılması, akademik dürüstlüyün pozulması halları, müəllif etikası, maraqların toqquşması və elmi nəşr etikası kimi müxtəlif mövzular əhatə olunub, eyni zamanda, elmi dairələrdə “yırtıcı jurnallar” adı ilə tanınan bəzi nəşrlərin məyyənləşdirilməsi məsələlərinə toxunulub.
Təlimatın əsas məqsədi gənc tədqiqatçılara və doktorantlara elmi fəaliyyətin müxtəlif mərhələlərində etik prinsiplərin qorunması, elmi nəticələrin dürüst və şəffaf şəkildə təqdim edilməsi və etibarlı elmi nəşr təcrübələrinin formalaşdırılması istiqamətində metodoloji dəstək verməkdir.
Təlimatla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

