Təhsil 365 - Logo Mobile

Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb

9326.10.2026 - 14:44
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə ədəbiyyatımıza və milli-mədəni irsimizə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Sərgi çərçivəsində əvvəlcə “Mirvarid Dilbazinin poeziya dünyası” mövzusunda ədəbi görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolundan, Azərbaycan poeziyasındakı özünəməxsus yerindən, vətənpərvərlik ruhu, mənəvi dəyərlər və insan sevgisi ilə yoğurulmuş poetik irsindən geniş bəhs olunub.

Çıxış edən şair, publisist Vaqif Osmanlı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin İdarə Heyətinin üzvü Azadə Quliyeva, Əməkdar jurnalistlər Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, şair Səringül Sadə, aşıq Aidə Gülzar və birliyin üzvü Səyalı Dadaşova Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun ölməz poeziyasının bu gün də oxucular tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdırıblar. Görüşdə şairin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşülüb, sevilən şeirləri səsləndirilib.

Sərgi çərçivəsində keçirilən digər tədbir isə “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı ədəbi-mədəni görüş olub. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan kəlağayısının milli-mənəvi dəyərlərimizdəki yeri, tarixi, zəngin ənənələri və mədəni irsimizdəki əhəmiyyəti vurğulanıb.

Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı kəlağayının xalqımızın milli kimliyini, qadınlarımızın zərifliyini, adət-ənənələrimizi və estetik düşüncəmizi özündə yaşadan qiymətli irs nümunəsi olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumlar tərəfindən kəlağayının təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, nəşrlər və maarifləndirici tədbirlər barədə məlumat verib.

Sənaye və Texnologiya Kollecinin müəllimi, milli geyimlərimizin təbliğatçısı İlahə Nuriyeva Azərbaycan kəlağayısının tarixi, hazırlanma xüsusiyyətləri, milli geyim mədəniyyətimizdəki rolu və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə ətraflı danışıb.

Hər iki tədbirdə çıxış edən ziyalılar, şairlər, sənət adamları və qonaqlar Azərbaycan ədəbiyyatının və milli-mədəni irsimizin qorunmasının, təbliğinin vacibliyini qeyd ediblər. Görüşlərdə kəlağayı mövzusunda nəşr olunmuş kitablar təqdim edilib, Mirvarid Dilbazinin yaradıcılığı və milli dəyərlərimizlə bağlı fikirlər səsləndirilib.

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən bu görüşlər Azərbaycan ədəbiyyatının və mədəni irsinin tanıdılması, Xalq şairi Mirvarid Dilbazinin zəngin söz dünyasının, eləcə də kəlağayımızın milli sərvət kimi gələcək nəsillərə çatdırılması işinə mühüm töhfə olub.

Asyat Abdurahmanova

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15