Təhsil 365 - Logo Mobile

Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub

5426.10.2026 - 17:44
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub

Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Çanaqqaladan Bakıya – Ortaq mədəniyyət” adlı sərginin açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Xalq rəssamı Arif Hüseynov bildirib ki, ortaq tarixə, milli-mənəvi dəyərlərə və zəngin mədəni irsə malik iki qardaş xalq arasında münasibətlər incəsənət sahəsində də özünü aydın şəkildə göstərir. “Bizim musiqimiz, tariximiz və mədəniyyətimiz hər zaman bir-biri ilə sıx bağlı olub və bundan sonra da belə olacaq. Bu sərgi də Azərbaycan-Türkiyə qardaşlığının və mədəni birliyinin daha bir təzahürüdür”, – deyə Arif Hüseynov vurğulayıb.

Çanaqqala Onsekiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu çıxışında sərginin “Bir millət, iki dövlət” prinsipi əsasında həyata keçirilən mədəni əməkdaşlığın mühüm nümunəsi olduğunu bildirib. Qeyd edib ki, Çanaqqala Onsekiz Mart Universiteti müxtəlif ölkələrdən olan minlərlə beynəlxalq tələbəyə təhsil verir və onların arasında azərbaycanlı gənclər xüsusi yer tutur. Azərbaycan ilə Türkiyə arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan rektor universitetin TİKA ilə birgə Bakıda yaşıl transformasiya və yaşıl bacarıqlar üzrə təlim layihələri həyata keçirdiyini bildirib.

Türkiyənin Ezine rayonunun icra nümayəndəsi Yusuf Kaptanoğlu çıxışında bildirib ki, Çanaqqala türk xalqının müstəqillik uğrunda göstərdiyi fədakarlığın rəmzi, Bakı isə Azərbaycan-Türkiyə qardaşlığının və ortaq mədəni dəyərlərin yaşadıldığı mühüm mərkəzdir. “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq yalnız tarixi hadisələrdə deyil, gündəlik həyatımızda, dilimizdə, musiqimizdə, sənətimizdə və adət-ənənələrimizdə də özünü göstərir. Biz bir-birimizin sevincini öz sevincimiz, kədərini isə öz kədərimiz hesab edirik”, – deyə Y.Kaptanoğlu qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ortaq tarixə, qarşılıqlı fədakarlığa və sarsılmaz mənəvi bağlara əsaslandığını bildirib. Diplomat Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış insanların xidmətlərini ehtiramla xatırladıb.

Qardaş ölkənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz çıxışında sərginin Azərbaycan və Türkiyə arasında tarixi-mədəni birliyin nümayişi baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib. Çanaqqala şəhidliklərində müxtəlif türk və müsəlman xalqlarının nümayəndələrinin xatirəsinin yaşadıldığını bildirən nazir müavini burada azərbaycanlı şəhidlərin də ehtiramla yad edildiyini vurğulayıb.

Tədbir bədii proqramla davam edib.

Daha sonra layihənin həyata keçirilməsində əməyi və dəstəyi olan şəxslərə, eləcə də qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Sonda qonaqlar sərgi ekspozisiyası ilə tanış olub, Azərbaycan və Türkiyə sənətkarlarının ortaq tarixi yaddaşı, milli-mədəni dəyərləri və qardaşlıq münasibətlərini əks etdirən əsərlərinə baxıblar.

Ayətil Quliyeva

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15