Təhsil 365 - Logo Mobile

“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib

8126.10.2026 - 17:48
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgədə “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib.

“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, MEMİM-dən bildirilib ki, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “KOHA AKİS-in funksional imkanları və onlardan səmərəli istifadə yolları” mövzusunda təlim keçirilib. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə təşkil olunan təlimdə Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.

Sonra təlimçi, Azərbaycan Milli Kitabxanası Elmi-tədqiqat kitabxanaşünaslıq və metodik təminat şöbəsinin aparıcı elmi işçisi Lamiyə Süleymanova KOHA sisteminin üstünlüklərini və ümumiyyətlə, kitabxana sahəsində tətbiq olunan yeniliklərin sahənin inkişafına müsbət təsirlərini diqqətə çatdırıb, kitabxanaçıların suallarını cavablandırıb.

Həmin gün Şabran rayon MKS-nin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün “Maddi irsin muzeyləşdirilməsi və rəqəmsallaşdırılması: müasir yanaşmalar” mövzusunda təlim təşkil olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə reallaşan təlimdə Şabran rayonu ilə yanaşı, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən muzey və qoruqların (tarixi-arxeoloji) əməkdaşları, fond mühafizləri, abidə mühafizəçiləri və elmi işçilər iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək müasir muzeylər üçün rəqəmsallaşmanın əhəmiyyəti barədə söhbət açıblar. Bildirilib ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar eksponatların düzgün mühafizəsinə və ziyarətçilərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.

Təlimçi, Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev muzey əməkdaşlarının peşə hazırlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, muzey işi sahəsində müasir elmi-metodik yanaşmaların və innovativ texnologiyaların tətbiqi haqqında məlumat verib.

Həmçinin “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində Quba, Qusar, Xudat, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən incəsənət məktəblərinin rəhbər və pedaqoji heyəti üçün “Tədris sənədləşməsinin hüquqi və normativ əsasları” mövzusunda təlim keçirilib.

Əvvəlcə çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev bölgələrdə keçirilən bu qəbildən təlimlərin təhsil ocaqlarında fəaliyyətin səmərəliliyinin artırılmasına töhfə verdiyini deyib, təşkilatçılara təşəkkürünü bildirib.

MEMİM-in sektor müdiri Nicat Həsənzadə tərəfindən keçirilən təlimdə məktəblərdə pedaqoji prosesin düzgün qurulması, hesabatlılığın təmin olunması, həmçinin müəllimlərin metodiki hazırlığının təkmilləşdirilməsi və sənədləşmə işinin tələblərə uyğun şəkildə aparılması ilə bağlı məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ayətil Quliyeva

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15