Azərbaycan Dillər Universitetinin ADU Radio layihəsi çərçivəsində “Sport Pulse” verilişinin növbəti buraxılışı yayımlanıb.
“Tehsil365” xəbər verir ki, Verilişin qonağı Azərbaycan U18 basketbol millisinin kapitanı, “Landau Lions” klubunun basketbolçusu İsmayıl Abdullayev olub.
Veriliş zamanı İsmayıl Abdullayevin basketbol karyerası, milli komandadakı fəaliyyəti, beynəlxalq yarışlarda qazandığı təcrübə və gələcək hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin gənc idmançının qarşılaşdığı çətinliklər, motivasiya mənbələri və basketbola olan marağı barədə söhbət edilib.
Veriliş çərçivəsində dinləyicilər üçün idman və basketbolla bağlı maraqlı və faydalı məlumatlar səsləndirilib.

