“Sumqayıt Dövlət Universitetinin tələbələri Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olublar”.
“Tehsil365” xəbər verir ki, oktyabrın 26-da universitetin Energetika və rəqəmsal texnologiyalar fakültəsinin tələbələri üçün tədris məqsədli ekskursiya təşkil edilib.
Səfərin əsas məqsədi tələbələrin nəzəri biliklərini istehsalat şəraitində möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və müasir enerji istehsalı texnologiyaları haqqında biliklərini genişləndirmək olub.
Ekskursiya zamanı tələbələr su elektrik stansiyasının iş prinsipi, elektrik enerjisinin istehsalı mərhələləri, energetik avadanlıqların istismarı və texnoloji proseslərin idarə olunması ilə tanış olublar.
Bununla yanaşı, iştirakçılar universitetdə qazandıqları nəzəri bilikləri real istehsalat prosesi ilə əlaqələndirmək imkanı əldə ediblər.
Qeyd edək ki, bu cür tədris ekskursiyaları tələbələrin peşəkar inkişafına, praktiki təcrübə qazanmasına və gələcək əmək fəaliyyətinə hazırlanmasına xidmət edir.

