XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən görüş zamanı yazıçının “Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib.
“Tehsil365” xəbər verir ki, əsər Əməkdar artist Cəlal Məmmədovun ifasında səsləndirilib. Bu təşəbbüs görmə məhdudiyyətli şəxslərin bədii ədəbiyyata daha əlçatan formada yiyələnməsinə xidmət edir və Respublika Gözdən Əlillər Kitabxanasının audioresurslarının zənginləşdirilməsi istiqamətindəki fəaliyyətin tərkib hissəsidir.
Təqdimatın sonunda səsləndirilmiş kitabın bir nüsxəsi müəllifə hədiyyə olunub.
Görüşün diqqətçəkən məqamlarından biri də kitabxananın ənənəvi sualı olub: “Növbəti sərgi üçün sizin hansı kitabınızı səsləndirək?” Müəllif bu suala “On sərkərdə” cavabını verib.
Səmimi və ədəbi mühitdə keçən görüş iştirakçıların müəllifə ünvanladıqları sualların cavablandırılması ilə yekunlaşıb.

