Azərbaycan Dillər Universitetinin ADU Radio layihəsi çərçivəsində jurnalist, şair və publisist, 106.3 FM radiosunun aparıcısı Raqif Rauf oğlu ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüş zamanı radio jurnalistikasının xüsusiyyətləri, radio və televiziya aparıcılığı arasındakı fərqlər, uğurlu səhər verilişlərinin hazırlanması və dinləyici auditoriyasının marağının qorunması məsələləri barədə danışılıb.
Qonaq radio aparıcısının peşəkar fəaliyyətində səs, ünsiyyət bacarığı, yaradıcılıq və auditoriyanı düzgün tanımağın əhəmiyyətinə toxunub.
Eyni zamanda, müasir dövrdə gənclərin radioya marağının artırılması, universitet radiolarının tələbələrin nitq və təqdimat bacarıqlarının inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı DJ fəaliyyətinin xüsusiyyətləri, canlı efirin məsuliyyəti və rəqəmsal medianın radio jurnalistikasına təsiri də diqqət mərkəzində olub.

