Təhsil 365 - Logo Mobile

Geopoetika Kitabı Təqdimatı baş tutdu

2326.10.2026 - 19:19
Geopoetika Kitabı Təqdimatı baş tutdu

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyevin “Geopoetika” kitabının təqdimatı olub. Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin Məhəmməd Füzuli təqdimat zonasında keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə kitabın müəllifi, professor Asif Hacıyev qeyd edib ki, monoqrafiya filoloji tədqiqatlarda və bu sahədə kadr hazırlığında zəruri olan, lakin bu vaxta qədər milli-humanitar və elmi-filoloji fikrimizdə, demək olar ki, öyrənilməmiş elmi məsələnin - tarixi-coğrafi mühitin xalqın psixologiyasına, düşüncə tərzinə, mədəniyyətinə, mifoloji təsəvvürlərinə, etnopoetik konseptlərinə, estetik qavrayışına, folklor və ədəbiyyatına, dilinə, o cümlədən coğrafi yurd, vətən məfhumlarına, etnopoetik dünya mənzərəsinə təsirini ehtiva edən geopoetika anlayışının metodoloji və nəzəri-tarixi aspektlərinin ilkin öyrənilməsini və bu sahədə müvafiq nəzəri-metodik bazanın yaradılmasını nəzərdə tutur.

Təqdim olunan monoqrafiyadan mifologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və dilçilikdə, o cümlədən tarixi poetika, estetika, etnopoetika, etnolinqvistika və linqvokulturologiya üzrə araşdırmalarda, eləcə də xalqımızın tarixi torpaqlarımızda avtoxtonluğu məsələsinin, türkologiyanın və azərbaycanşünaslığın, multikultural həyat tərzimizin öyrənilməsində metodoloji və nəzəri zəmin kimi istifadə etmək olar. Onun sözlərinə görə, milli-ideoloji və etnik poetika baxımından mühüm əhəmiyyəti olan geopoetikanın filoloji və digər humanitar elm sahələrinə tətbiqinə, tədris və tədqiqatlarda inkişafına nail olmaq mümkündür.

Ardınca filologiya elmləri doktoru, professor Rüstəm Kamal; filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy; filologiya elmləri doktoru, professor Telman Cəfərov; Tərcümə və filologiya kafedrasının dosenti Fərhad Mədətov, tədbirin moderatoru və kitabın redaktoru Hüseyn Hüseynli çıxış edərək bildiriblər ki, kitab müəllifin uzun illər üzərində işlədiyi mürəkkəb və ədəbiyyatşünaslıqda yeni olan metodologiyaya həsr olunub. Müəllif monoqrafiyada geopoetik metodologiyanın filoloji tədqiqatlarda və etnik proseslərdə mühüm rolunu təsdiqləyib. Çıxışlarda bildirilib ki, qeyd olunan metodologiya xüsusən Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Həmçinin tarixi Azərbaycan torpaqlarının bir hissəsinin ölkənin hazırkı sərhədlərindən kənarda qalması kontekstində geopoetik yanaşmanın həmin ərazilərin tarixi-mədəni irsinin araşdırılmasına da töhfə verə biləcəyi qeyd olunub.

Çıxışların ardından müəllif kitabın nəfis şəkildə dərcinə görə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevaya minnətdarlığını bildirib, geopoetikanın bir elm sahəsi kimi kitab sərgisində təmsil olunmasından məmnuniyyətini ifadə edib.

Tədbir Asif Hacıyevin oxucuları ilə görüşərək kitablarını imzalaması ilə başa çatıb.

Fidan Abışova

Xəbər Lenti

Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15