Təhsil 365 - Logo Mobile

Prezident və ailə üzvləri sərgidə

9327.10.2026 - 14:48
Prezident və ailə üzvləri sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

“Tehsil365” xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.

Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.

Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub27.10.2026 - 15:12
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib27.10.2026 - 14:57
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir27.10.2026 - 14:55
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq27.10.2026 - 14:52
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər27.10.2026 - 14:50