Təhsil 365 - Logo Mobile

MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib

9127.10.2026 - 14:57
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib

2026-cı ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə tələbələrin görüşü keçirilib. Görüşün əsas məqsədi tələbələrin təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə əlçatanlığın artırılması və dövlət tərəfindən təqdim olunan güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılığın gücləndirilməsi olub.

“Tehsil365” xəbər verir ki, AzEdu.az-a bu barədə MDU-dan məlumat verilib. 

Qeyd olunub ki, tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov ölkədə təhsilin inkişafı, gənclərin keyfiyyətli ali təhsil imkanlarına çıxışının genişləndirilməsi və sosial bərabərliyin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs edib. Rektor tələbələrin təhsil alması, intellektual potensiallarının inkişaf etdirilməsi və onların qarşılaşdıqları sosial-maliyyə çətinliklərinin aradan qaldırılması istiqamətində yaradılan əlverişli şəraitə və göstərilən davamlı dövlət qayğısına görə ölkə rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Anar Eminov təhsil tələbə krediti mexanizminin gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsində, akademik inkişafının dəstəklənməsində və inklüziv təhsil mühitinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov səmimi qarşılanmaya və görüşün təşkilinə göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Fondun fəaliyyət istiqamətləri, tələbələrin maliyyə imkanlarının dəstəklənməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Bəhruz Əzimov çıxışında sosial və standart təhsil tələbə kreditlərinin xüsusiyyətləri, kreditlərin verilmə meyarları, müraciət və rəsmiləşdirmə prosedurları, geri qaytarılma şərtləri, akademik göstəricilərə əsaslanan güzəştlər və tələbələr üçün nəzərdə tutulan digər imtiyazları ətraflı izah edib. Bildirilib ki, bu mexanizm tələbələrin maliyyə yükünün azaldılmasına, təhsildə davamlılığın təmin edilməsinə və onların akademik potensiallarını daha səmərəli reallaşdırmalarına əlverişli imkanlar yaradır.

İnteraktiv müzakirələrlə davam edən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, təhsil tələbə kreditlərindən yararlanma imkanları və müraciət prosedurları ilə bağlı praktiki izahlar verilib.
Görüş MDU-da tələbəyönümlü yanaşmanın gücləndirilməsi, bərabər təhsil imkanlarının təşviqi və gənclərin akademik inkişafını dəstəkləyən institusional mühitin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub27.10.2026 - 15:12
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir27.10.2026 - 14:55
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq27.10.2026 - 14:52
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər27.10.2026 - 14:50