Təhsil 365 - Logo Mobile

Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub

9327.10.2026 - 15:12
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub

Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bir sıra maraqlı tədbirlər keçirib.

“Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bir sıra maraqlı tədbirlər keçirib.

“Tehsil365” xəbər verir ki, kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, belə ki, “Uşaq Dünyası” adlı stenddə yazıçı Elvira Məmmədova “Düymə” kitabını, yazıçı Elnarə Cahan isə “Şuşada yay tətili” adlı kitabını təqdim edib. Təqdimatlar zamanı müəlliflər əsərlərin məzmunu və ideyası haqqında məlumat verib, uşaqların suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıblar. Görüşlər uşaqların müasir uşaq ədəbiyyatı ilə yaxından tanış olmasına və müəlliflərlə ünsiyyət qurmasına şərait yaradıb.

Bununla yanaşı, Uşaq Kitabxanası tərəfindən “Kitabla böyüyürəm” adlı rəy sorğusu keçirilib. Sorğunun məqsədi uşaqların kitaba və mütaliəyə münasibətini, oxu maraqlarını, eləcə də kitabxana xidmətləri ilə bağlı fikir və təkliflərini öyrənmək olub.

Sərgi çərçivəsində həmçinin uşaq yazarı Çinarə Köçərlinin “Marya işıltısı” kitabının təqdimatı və əsər əsasında hazırlanmış səhnəciyin nümayişi olub. Balaca iştirakçıların ifasında təqdim olunan səhnəcik sərgi ziyarətçilərinin marağına səbəb olub, uşaqların yaradıcılıq qabiliyyətlərinin, səhnə mədəniyyətinin və bədii ədəbiyyata marağının inkişafına töhfə verib.

Uşaq yazarı Aygün Bünyadzadənin “Qara pambığın sərgüzəştləri” kitabının da təqdimatı keçirilib. Təqdimatın əsas məqsədi uşaqlarda kitaba marağı artırmaq, mütaliə vərdişlərini inkişaf etdirmək və onları bədii ədəbiyyatın zəngin dünyası ilə tanış etmək olub.

Kitabxana uşaqlar üçün maraqlı görüşlər, kitab təqdimatları və interaktiv tədbirlər təşkil edib. Stenddə Azərbaycan uşaq yazıçısı Fatimə Alxaz, türk uşaq yazarları Cansu Başak Yalçınkaya, Melihat Küçükaşçı, Selin Özan eləcə də illustratorlar Özge Yetik və Seda Akdağ uşaqlarla görüşüblər.

Türk uşaq yazarı Cansu Başak Yalçınkaya “Alaycı memo”, Selin Özan isə “Kuribik kurbağa ve kurabiye partisi” kitablarını musiqili nağıl formatında uşaqlara təqdim ediblər. Bədii mətnin musiqi və ifa ilə müşayiət olunduğu təqdimatlar balaca oxucuların diqqətini cəlb edib, tədbirə rəngarənglik qatıb. Uşaqlar nağıl qəhrəmanları və hadisələrin gedişi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan uşaq yazarı Fatimə Alxaz da uşaqlarla görüş zamanı müəllifi olduğu kitablar haqqında ətraflı məlumat verib. Yazıçı əsərlərinin məzmunu və yaradıcılığı barədə danışıb, daha sonra uşaqların suallarını cavablandırıb.

Təşkil olunan görüşlər uşaqların kitaba və mütaliəyə marağının təşviqi, müasir uşaq ədəbiyyatının təbliği, eləcə də Azərbaycan və türk uşaq ədəbiyyatı nümayəndələri ilə oxucular arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.”

Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib27.10.2026 - 14:57
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir27.10.2026 - 14:55
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq27.10.2026 - 14:52
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər27.10.2026 - 14:50