Bizim təcrübəmiz göstərir ki, müxtəliflik özü-özlüyündə dialoq yaratmır. Yan-yana yaşamaq bir-birini anlamaq demək deyil. Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir.
“Tehsil365” xəbər verir ki, bunu multikulturalizm üzrə ekspert Rəvan Həsənov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik - gərginlikləri öncədən görmək, sülhə inklüziv yollar qurmaq” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, Bakıda keçirilən beynəlxalq dialoq platformaları, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif səslərin bir araya gətirməyin əhəmiyyətini göstərir.
“Biz xüsusilə gənclərin səsinə qulaq asmalıyıq. Onlar sosial həyatlarının böyük hissəsini rəqəmsal mühitdə yaşayırlar və burada yanlış məlumat saniyələr ərzində sərhədləri aşa bilir. Amma gənclər təkcə manipulyasiyanın hədəfi deyillər. Onlar həm də onu tanımaq, ona qarşı çıxmaq və yeni əlaqələr qurmaq baxımından ən güclü tərəfdaşlarımız ola bilərlər”, - deyə Rəvan Həsənov vurğuıayıb.

