Təhsil 365 - Logo Mobile

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

9427.10.2026 - 15:34
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Bakı Ekspo Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, “Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil olunan XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin bu sahədə yaratdığı imkanların müzakirəsinə həsr edilib.

Konfransın açılışında Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək süni intellektin sürətli inkişafı şəraitində insan düşüncəsinin, yaradıcılığının, mənəvi dəyərlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini vurğulayıb. O, müasir kitabxanaların rəqəmsal transformasiyaya adaptasiya olunmasının, uşaqların etibarlı informasiya resurslarına çıxışının təmin edilməsinin və cəmiyyətdə mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir müxtəlif elmi məruzələrlə davam edib. Konfransda Bakı Dövlət Universitetinin dosentləri Knyaz Aslan, Solmaz Sadıqova, müəllim Namiya Xəlilova, Azərbaycan Dillər Universitetinin dosenti Pakizə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosentləri İlhamə Ağazadə, Gülnar Qəmbərova və Səadət Bayramova, Bakı şəhəri 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin loqopedi Günel Həsənova, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun alimi Şəfəq İslamova, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Günel Hüseynova çıxış ediblər.

Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının təhsil, ədəbiyyat və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin vacibliyi qeyd olunub.

Tədbirdə alimlər, gənc tədqiqatçılar və sahə mütəxəssisləri elmi yanaşmalarını bölüşərək uşaq ədəbiyyatının təbliği, müasir dövrdə mütaliəyə marağın artırılması, ənənəvi kitab mədəniyyətinin rəqəmsal imkanlarla uzlaşdırılması və süni intellektdən məsuliyyətli istifadə məsələlərini müzakirə ediblər. Səsləndirilən fikirlər dəyişən informasiya mühitində uşaq ədəbiyyatının inkişaf perspektivlərinin və kitabxanaların rolunun aktuallığını bir daha önə çıxarıb.

Konfransın əsas məqsədi rəqəmsal dövrdə uşaq ədəbiyyatının inkişaf istiqamətlərini elmi müstəvidə araşdırmaq, süni intellektin kitabxana fəaliyyətinə təsirini qiymətləndirmək, rəqəmsal texnologiyaların mütaliə mədəniyyətinin formalaşdırılmasında yaratdığı imkanları müəyyənləşdirmək, eləcə də mütəxəssislər arasında elmi fikir mübadiləsini və əməkdaşlığı təşviq etmək olub.

Tədbirin sonunda elmi proqramda məruzələrlə çıxış edən iştirakçılara sertifikatlar təqdim edilib.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub27.10.2026 - 15:12
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib27.10.2026 - 14:57
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir27.10.2026 - 14:55
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq27.10.2026 - 14:52
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər27.10.2026 - 14:50