Təhsil 365 - Logo Mobile

“Art Weekend”in silsilə sərgiləri açılacaq

5027.10.2026 - 17:05
“Art Weekend”in silsilə sərgiləri açılacaq

Oktyabrın 30-da Bakıda başlayacaq “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı artıq ikinci ildir təşkil olunur.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradacaq.

“Art Weekend” zamanı müxtəlif məkanlarla yanaşı, Heydər Əliyev Mərkəzində rəsmi açılış tədbiri və bir neçə sərginin təqdimatı olacaq.

“Böyük beşlik” incəsənət əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində

Budəfəki “Art Weekend”in sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Təbiət danışanda. Varislər” (When nature speaks. Heirs) adlı layihə təbiət, irs və insan məsuliyyəti mövzularını araşdıran müasir incəsənət sərgisidir.

Qafqazın “Böyük Beşliyi” - Qafqaz bəbiri, qonur ayı, boz canavar, şah qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, “biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?” sualına diqqəti çəkir. Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. “Böyük Beşlik” festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirəcək.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunacaq.

“Böyük Beşlik” və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Oktyabrın 30-da Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları “Böyük Beşlik” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənəcək. Ekspozisiyadakı bütün əsərlər məhz “Art Weekend” çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək.

Çinli rəssamın qeyri-adi rəsmləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Festivalın ilk günündə Heydər Əliyev Mərkəzində açılacaq daha bir ekspozisiya çinli rəssam Canq Cinin (Zhang Ji) sərgisi olacaq. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq “Həqiqət dərisi” (The skin of truth) adlı sərgi “Baku Art Weekend” və “JD Malat Gallery”nin birgə layihəsidir. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirəcək. Sərgidə rəssamın “Həqiqət dərisi” və “Ultima” silsilələrindən əsərləri yer alacaq. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunacaq əsərlər İspaniyanın Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

“Azərbaycan həmişə Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olub. Ölkənizin bu zəngin mədəni sintezi uzun müddətdir diqqətimi çəkir və məndə böyük maraq doğurur. Əsərlərimi “Art Weekend 2026” çərçivəsində məhz burada təqdim etmək mənim üçün çoxdan arzuladığım bir an və yaradıcılıq karyeramda mühüm mərhələdir”- deyə rəssam bildirib.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyef heykəltaraşlığını xatırladan görünüş verir. Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və s. nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində təqdim olunacaq daha bir layihə tanınmış amerikalı rəssam Cudi Çikaqoya (Judy Chicago) aiddir. Onun “Qadınlar dünyanı idarə etsəydilər…” (What If Women Ruled the World?) adlı art-layihəsi regionda ilk dəfə nümayiş olunacaq. Əsər xatirələrin, hekayə danışmağın və kollektiv özünüifadənin bir vasitəsidir. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər.

Pistolettonun güzgü və süni intellekti birləşdirən əsəri Heydər Əliyev Mərkəzində

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Art Weekend”in daha bir layihəsi - italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri təqdim olunacaq. Layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. “Əbədiyyət güzgüsü” rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.“Əbədiyyət güzgüsü” beynəlxalq miqyasda, o cümlədən Mayami-Biçdəki The Bass İncəsənət Muzeyində, 2026-cı ilin fevral ayında Nyu-Dehlidə keçirilən Hindistan İncəsənət Sərgisində (India Art Fair) təqdim edilib.

Əzizə Qayıtmazova

Xəbər Lenti

ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20
Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib27.10.2026 - 15:18
Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək27.10.2026 - 15:15
Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub27.10.2026 - 15:12
Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub27.10.2026 - 15:07
TKTA-dan saxta diplomlarla bağlı yazılara münasibət27.10.2026 - 15:04
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 15:02
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir27.10.2026 - 15:00
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib27.10.2026 - 14:57
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir27.10.2026 - 14:55
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq27.10.2026 - 14:52
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər27.10.2026 - 14:50