“Azərbaycan və İspaniyanın IE Universiteti arasında İqtisadi Rəsədxananın yaradılması və inkişaf etdirilməsi üzrə çərçivə əməkdaşlıq sazişi imzalanıb”.
“Tehsil365” xəbər verir ki, sənəd Bakıda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və IE Universitetinin icraçı prezidenti Santyaqo İnyiqes de Onzonyo tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılması istiqamətlərində birgə araşdırmaların aparılması nəzərdə tutulur.
Yeni İqtisadi Rəsədxana iqtisadi inkişaf meyillərini və gələcək artıma təsir edən amilləri araşdıracaq, iqtisadi monitorinq aparacaq və beynəlxalq müqayisələr həyata keçirəcək.
Tədqiqatların istiqamətləri Azərbaycanın iqtisadi prioritetləri və İspaniya universitetinin akademik təcrübəsi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

