“Mingəçevir Dövlət Universitetində vergi savadlılığı və könüllü vergi ödənişlərinə dair elmi müzakirə keçirilib”.
“Tehsil365” xəbər verir ki, universitetin rəsmi saytının məlumatına görə, “Vergi savadlılığı və könüllü vergi öhdəliklərinə əməl: bilikdən məsuliyyətə” mövzusunda təşkil olunan tədbir iştirakçılar arasında vergi biliklərinin artırılmasına və vergi öhdəliklərinə məsuliyyətli yanaşmanın təşviqinə həsr olunub.
Müzakirədə vergi savadlılığının əhəmiyyəti, vergi öhdəliklərinin yerinə yetirilməsi və bu sahədə maarifləndirmənin rolu diqqət mərkəzində olub.

