“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün leykemiya ilə bağlı maarifləndirici infosessiya təşkil olunub”.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaydığı məlumata görə, tədbir “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə universitetin bütün fakültələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov görüşün əsas məqsədinin gəncləri leykemiya xəstəliyi barədə məlumatlandırmaq, onları könüllü fəaliyyətə və qan donorluğuna təşviq etmək olduğunu bildirib.
Daha sonra çıxış edən ictimai birliyin sədr müavini Elçin Cəfərli təşkilatın sosial dəstək təşəbbüsləri və könüllülər üçün yaratdığı imkanlar barədə məlumat verib.

