Təhsil 365 - Logo Mobile

İnklüziv təhsildə erqoterapiyanın rolu

2627.10.2026 - 18:20
İnklüziv təhsildə erqoterapiyanın rolu

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Həsənova erqoterapiyanın mahiyyəti, inklüziv təhsildə əhəmiyyəti və Dünya Erqoterapiya Gününün builki mövzusu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

“Tehsil365” xəbər verir ki, dünya Erqoterapiya Gününün builki “İştirak vacibdir” mövzusu inklüziv cəmiyyətin formalaşması üçün nə ifadə edir?

-İştirak insanın müəyyən mühitdə fiziki olaraq mövcud olması ilə məhdudlaşmır. Bu anlayış gündəlik fəaliyyətlərdə fəal rol almağı, sosial münasibətlər qurmağı və cəmiyyət həyatında yer tutmağı əhatə edir. Təhsil kontekstində isə şagirdin sinifdə olması ilə yanaşı, dərs prosesinə qoşulması, tapşırıqları yerinə yetirməsi, ünsiyyət qurması və fərdi imkanlarına uyğun nailiyyətlər qazanması nəzərdə tutulur. İnklüzivlik hər kəsin eyni üsulla fəaliyyət göstərməsini gözləmək əvəzinə, qarşıya çıxan maneələrin müəyyənləşdirilməsini və aradan qaldırılması üçün əlverişli şəraitin yaradılmasını tələb edir. Erqoterapiya isə insanın gündəlik fəaliyyətlərdə müstəqilliyini artırmağa və sosial həyata fəal inteqrasiyasına dəstək verir.

- Xüsusi təlim tələbatı olan şagirdin dərsdə iştirakının təmin edilməsində erqoterapiyanın rolu nədən ibarətdir?

- Erqoterapiya gündəlik fəaliyyətləri çətinləşdirən amillərin müəyyənləşdirilməsinə və bu fəaliyyətlərin daha əlçatan olmasına yönəlir. Məktəb mühitində yazı yazmaq, dərs ləvazimatlarından istifadə, geyim və şəxsi əşyaların idarə olunması, yemək fəaliyyəti, bədən mövqeyinin qorunması, eləcə də sensor emal xüsusiyyətləri ilə bağlı çətinliklərin qiymətləndirilməsi həmin istiqamətə daxildir.

Müdaxilənin seçimi yalnız diaqnoza əsaslanmamalıdır. Eyni diaqnozu olan şagirdlərin funksional bacarıqları və fərdi xüsusiyyətləri fərqlənə bilər. Buna görə yaş, sensor məlumatların emalı, motor bacarıqlar, ətraf mühit və konkret fəaliyyətin tələbləri nəzərə alınmalıdır. Başlıca məqsəd şagirdin gündəlik və məktəb fəaliyyətlərini mümkün qədər müstəqil və səmərəli yerinə yetirməsinə dəstək olmaqdır.

- Müəllimlər şagirdin təlim prosesində qarşılaşdığı çətinlikləri müəyyənləşdirərkən nəyə diqqət yetirməlidirlər?

- Şagirdin nəticələri ilə yanaşı, həmin nəticələrə hansı şəraitdə nail olduğu da müəllimin diqqət mərkəzində dayanmalıdır. Məsələn, yazı tapşırığını tamamlamaqda çətinlik mövzunun mənimsənilməsi, motor koordinasiya, yazı alətindən istifadə və ya sensor yüklənmə ilə bağlı ola bilər. Problemin səbəbini yalnız görünən nəticəyə əsasən müəyyənləşdirmək düzgün deyil.

Müəllim müşahidə zamanı bəzi məqamları nəzərə almalıdır: Şagird hansı fəaliyyətdə çətinlik çəkir? Çətinlik hansı şəraitdə artır? Hansı mühitdə daha uğurlu nəticə əldə edir? Şəraitdəki kiçik dəyişikliklər onun fəaliyyətinə necə təsir göstərir?

Bu sualların cavabları təlim mühitinin şagirdin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmasına kömək göstərir. Zərurət yarandıqda müəllim müşahidələrini müvafiq mütəxəssislərlə bölüşərək dəstəyin məqsədyönlü təşkilinə töhfə verə bilər.

- İnklüziv təhsildə müəllim, valideyn və müvafiq mütəxəssislərin əməkdaşlığı nə üçün vacibdir?

- Şagirdin fəaliyyəti evdə və məktəbdə fərqli şəkildə təzahür edə bilər. O, bir mühitdə müstəqil yerinə yetirdiyi işi digərində çətinliklə icra edə bilər. Buna görə müəllimin müşahidələri, valideynin gündəlik təcrübəsi və mütəxəssisin qiymətləndirməsi bir-birini tamamlamalıdır.

Əməkdaşlıq çərçivəsində konkret və ölçülə bilən fəaliyyət hədəfləri müəyyənləşdirilməlidir. Məsələn, şagirdin məktəb ləvazimatlarını müstəqil hazırlaması, gündəlik məktəb qaydalarına əməl etməsi və ya tapşırığı daha az köməklə tamamlaması kimi göstəricilər izlənilə bilər. Dəstəyin səmərəliliyi də bu nəticələr əsasında qiymətləndirilir.

İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır. Onun öyrənmə və gündəlik məktəb fəaliyyətlərində müstəqilliyinin dəstəklənməsi müəllim, valideyn və müvafiq mütəxəssislərin əlaqələndirilmiş fəaliyyətini tələb edir.

- İnklüziv təhsilin inkişafı üçün müəllimlərin diqqət yetirməli olduğu əsas məqam nədir?

- Müəllim hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almalı, təlim mühitini onun fəaliyyətini asanlaşdıracaq şəkildə qurmalıdır. Tapşırığın təqdimatında, sinif şəraitində və ya istifadə olunan vasitələrdə kiçik dəyişikliklər belə şagirdin müstəqilliyini və öyrənmə imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Fidan Abışova

Xəbər Lenti

Sakitlik Həmişə Problemsizlik Deyil27.10.2026 - 19:33
OKP Simpoziumu Keçirildi27.10.2026 - 19:31
Xəzər Universitetinin tələbələri Qudyalçayda sahə səfərində olublar27.10.2026 - 19:29
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nin açılış seminarı keçirilib27.10.2026 - 19:23
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 19:19
Xəzər Universiteti AzTU-da27.10.2026 - 19:17
Məktəblərdə yeni maliyyələşmə mexanizmi müəllimlərin maaşlarına təsir edə bilər27.10.2026 - 19:14
Kənd məktəblərində fizika və kimya fənlərinin tədrisində problem27.10.2026 - 19:10
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəb bərpa edilir27.10.2026 - 19:07
Azərbaycanda gənc tədqiqatçıların sayı azalıb27.10.2026 - 19:02
Təhsil sahəsində çalışan qadınların sayı kişilərdən 3 dəfə çoxdur27.10.2026 - 18:47
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20