Təhsil 365 - Logo Mobile

İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu

2527.10.2026 - 18:22
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu

Oktyabrın 24-də Bakıda “İspanca-Azərbaycanca frazeoloji ifadələr lüğəti”nin təqdimatı və imza günü keçirilib.

“Tehsil365” xəbər verir ki, Tədbirdə nəşri hazırlayan Aynur Quliyeva, Nərgiz Mədətova və Afaq Əzizova iştirak ediblər.

Tədbirə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia, Venesuela səfirliyinin nümayəndəsi Isis Lessmann, İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara del Rey, İspaniyanın “Fundación de la Lengua Española” fondunun direktoru Natalia Martin, Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndələri və digər qonaqlar qatılıblar.

Təqdimatda çıxış edən müəlliflər nəşrin əhəmiyyətindən danışaraq, onun ispan dilinin öyrənilməsi və tədrisi, eləcə də tərcümə fəaliyyəti üçün faydalı mənbə olduğunu vurğulayıblar.

ADU-nun baş müəllimi, nəşrin redaktoru Jalə Qənbərli hər bir xalqın milli xüsusiyyətlərinin onun danışıq tərzində və frazeoloji ifadələrində əks olunduğunu bildirib. O, dillər arasındakı fərqlərlə yanaşı, hər iki dilin zənginliyini üzə çıxaran layihənin əhəmiyyətini qeyd edib. Lüğətin müqayisəli şəkildə hazırlanmasının həm mütəxəssislər, həm də ispan dilini müstəqil öyrənənlər üçün faydalı olduğunu söyləyən redaktor nəşrin gələcək elmi araşdırmalar üçün də əhəmiyyətli mənbəyə çevriləcəyinə ümidini ifadə edib.

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia ispan dilinin beynəlxalq aləmdə geniş istifadə olunduğunu diqqətə çatdırıb. Diplomat bu kitabın dilə sevginin bəhrəsi olduğunu vurğulayaraq müəlliflərə təşəkkürünü bildirib, gələcək birgə layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.

İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara del Rey Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək, bir gün əvvəl kitab sərgisi çərçivəsində ADU ilə müqavilə imzaladıqlarını diqqətə çatdırıb. Müəllifləri təbrik edən qonaq İspaniya, Latın Amerikası və Azərbaycanı birləşdirən müxtəlif vasitələr arasında sözün xüsusi yer tutduğunu vurğulayıb. O, təqdimatda iştirak etməyin Servantes İnstitutu üçün şərəf olduğunu söyləyib.

“Fundación de la Lengua Española” fondunun direktoru Natalia Martin uzun illərdir Bakıya gəlmək arzusunda olduğunu və bu nəşrin təqdimatının həmin səfər üçün gözəl fürsət yaratdığını bildirib. Müəlliflərlə uzunmüddətli dostluq münasibətlərindən danışan qonaq kitabın ərsəyə gəlməsi üçün sərf olunan əməyə görə təşəkkürünü ifadə edib.

Natalia Martin lüğətdə frazeoloji ifadələrin kontekst daxilində və nümunələrlə təqdim olunmasının onların real ünsiyyətdə istifadəsini asanlaşdıracağını vurğulayıb. O, nəşrin oxucular üçün faydalı olacağına, Azərbaycan və İspaniya, eləcə də iki dil arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova frazeoloji ifadələrin mənimsənilməsinin dil tədrisində mühüm yer tutduğunu qeyd edib. O, vaxtilə xarici dil tədrisində bu sahəyə kifayət qədər diqqət yetirilmədiyini xatırladaraq belə lüğətlərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Prorektor sovet dövründə xarici dillərin tədrisinin əsasən ingilis, fransız və alman dillərini əhatə etdiyini, müstəqillik illərində isə ispan dilinin tədrisinin genişləndirilməsi istiqamətində addımlar atıldığını bildirib. Akademik Kamal Abdullanın əsərinin ispan dilinə tərcüməsini və yeni əməkdaşlıq müqaviləsinin imzalanmasını bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirib.

Jalə Qəribova Azərbaycanın Madriddəki səfirliyinin də lüğətin İspaniyada yayılmasına maraq göstərdiyini diqqətə çatdırıb. O, Alkala Universitetindən mütəxəssislərin dəvət olunması və seminarların təşkili planlarından danışıb, ispandilli ölkələrin səfirliklərinə, müəllimlərə, fondun nümayəndələrinə və layihəyə töhfə verən hər kəsə təşəkkürünü bildirib, müəlliflərə yeni uğurlar arzulayıb.

Nəşrə rəy yazan Ülfət İbrahim frazeoloji ifadələri dillər arasında körpü adlandırıb. Bu ifadələrin gündəlik ünsiyyətdə çox zaman fərqinə varmadan işləndiyini söyləyən rəyçi onların tərcüməsi zamanı qarşıya çıxan çətinliklərə diqqət çəkib.

O, frazeoloji vahidlərin yalnız bədii mətnlərdə deyil, ictimai-siyasi və digər sahələrə aid materiallarda da geniş istifadə olunduğunu vurğulayıb. Bu baxımdan lüğətin müəllimlər, tələbələr və tərcüməçilər üçün əhəmiyyətini qeyd edən Ülfət İbrahim nəşrin gələcəkdə daha da genişləndirilərək çoxcildli lüğətə çevrilməsini arzulayıb.

Qeyd edək ki, nəşrə Azərbaycan və ispan dillərində rəylər Ülfət İbrahim və Natalia Martin tərəfindən yazılıb.

Tədbir çərçivəsində müəlliflərin iştirakı ilə imza saatı keçirilib.

Fidan Abışova

Xəbər Lenti

Sakitlik Həmişə Problemsizlik Deyil27.10.2026 - 19:33
OKP Simpoziumu Keçirildi27.10.2026 - 19:31
Xəzər Universitetinin tələbələri Qudyalçayda sahə səfərində olublar27.10.2026 - 19:29
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nin açılış seminarı keçirilib27.10.2026 - 19:23
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 19:19
Xəzər Universiteti AzTU-da27.10.2026 - 19:17
Məktəblərdə yeni maliyyələşmə mexanizmi müəllimlərin maaşlarına təsir edə bilər27.10.2026 - 19:14
Kənd məktəblərində fizika və kimya fənlərinin tədrisində problem27.10.2026 - 19:10
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəb bərpa edilir27.10.2026 - 19:07
Azərbaycanda gənc tədqiqatçıların sayı azalıb27.10.2026 - 19:02
Təhsil sahəsində çalışan qadınların sayı kişilərdən 3 dəfə çoxdur27.10.2026 - 18:47
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20