“Azərbaycanda elmi tədqiqatlarla məşğul olan 30 yaşadək gənclərin sayı azalıb”.
“Tehsil365” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə ölkədə 30 yaşadək tədqiqatçıların sayı 1257 nəfər təşkil edib. 2024-cü ildə bu göstərici 1818 nəfər olub.
Beləliklə, bir il ərzində gənc tədqiqatçıların sayı 561 nəfər azalıb. Onların tədqiqatçıların ümumi sayındakı payı da 13 faizdən 8,8 faizə düşüb.
Bununla yanaşı, ölkədə tədqiqatçıların ümumi sayı artıb. 2025-ci ildə elmi tədqiqat müəssisələrində çalışan tədqiqatçıların sayı 14 296 nəfərə çatıb. 2024-cü ildə isə bu rəqəm 14 005 nəfər olub.

