“Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbin bərpası, həmçinin daha 10 yeni məktəbin inşası həyata keçirilir”.
“Tehsil365” xəbər verir ki, bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş katibi Salem bin Məhəmməd Əl-Malik Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Baş katib, həmçinin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Burkina-Faso və Nigerdə qızların təhsilinə dəstək göstərildiyini qeyd edib.
Bu təşəbbüslər təhsil imkanlarının genişləndirilməsi və təhsil infrastrukturunun inkişafına yönəlib.

