“Kənd məktəblərində laboratoriya avadanlıqlarının çatışmazlığı fizika və kimya fənlərinin praktiki tədrisini çətinləşdirir”.
“Tehsil365” xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
Deputat bildirib ki, laboratoriya avadanlıqları və əyani vəsaitlər olmadan şagirdlərin bu fənləri praktiki şəkildə mənimsəməsi çətinləşir. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün məktəblərdə zəruri şərait yaradılmalı, maddi-texniki baza gücləndirilməlidir.
Ceyhun Məmmədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi problemin həlli üçün əlavə vəsait ayrılması və müvafiq tədbirlərin görülməsi məsələsini nəzərdən keçirməlidir.

